Modern.az

Səfirin həyat yoldaşı: "Mənə verilən mükafatı Mehriban Əliyevaya təqdim etmək istəyirəm" (FOTOLAR)

Səfirin həyat yoldaşı: "Mənə verilən mükafatı Mehriban Əliyevaya təqdim etmək istəyirəm" (FOTOLAR)

16 Dekabr 2011, 13:52

Dekabrın 15-də Azərbaycanın və Ukraynanın Ankaradakı səfirliklərinin, Beynəlxalq Əlaqələndirmə Dərnəyinin (International Interaction Society) təşkilatçılığı ilə Bilkent Universitetinin konsert zalında autistik və əlil uşaqlar üçün xeyriyyə konserti təşkil edilib.

Tədbirdə Azərbaycanın Ankaradakı səfiri Faiq Bağırovun həyat yoldaşı Lalə Bağırova, Ukraynanın Ankaradakı səfiri Sergiy Korsunskyınin həyat yoldaşı Liubov Korsunka, Beynəlxalq Əlaqələndirmə Dərnəyinin sədri Məsud Gümüşdoğrayan və Türkiyənin Ailə və İctimai Xidmətlər Üzrə Dövlət Departamentinin Rəhbəri Ömər Bozoğlu çıxış ediblər. Bu barədə səfirlikdən Modern.az-a bildirilib.

Lalə Bağırova çıxışında “bu axşam buraya toplaşan hamımızın həyatı rəngli və parlaqdır. Lakin elə uşaqlarımız var ki, onların həyatı bizimki qədər rəngli və parlaq deyil. Onların həyatı daha çox məyusluqlarla doludur. Bizim hamımız bu uşaqlara əl uzadaraq onların ruhuna toxunmalı, onların daxilindəki şəxsiyyəti görməli, onların həyatının hər bir parçasını anlamalı və onların həyatına rəng qataraq cəmiyyətimizin bir parçası olduqlarını onlara hiss etdirməliyik. Mənə təqdim etdiyiniz bu dəyərli mükafata görə sizə minnətdaram, lakin mən bu mükafatı, minlərlə azərbaycanlı uşağın taleyində və ürəyində yandırdığı şama görə Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevaya vermək arzusundayam” deyib.
 
Konsertdə, TRT Xorunun bədii rəhbəri Elnarə Kərimovanın rəhbərliyində “Orfeon Xor Qrupu” dünyanın müxtəlif ölkələrinin xalq mahnılarını səsləndirib.

Tədbirin sonunda səfir Faiq Bağırov başda Elnarə Kərimova olmaq üzrə xor qrupunun nümayəndələri ilə görüşüb onlara dərin minnətdarlığını bildirib və xatirə şəkli çəkdirib.      






Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi