Modern.az

Deputatın  oğluna daha bir vəzifə verildi

Deputatın  oğluna daha bir vəzifə verildi

Aktual

18 Mart 2019, 23:14

Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının yeni sədri seçilib. Modern.az yerli mediaya istinadən xəbər verir ki, bununla əlaqədar keçirilən tədbirdə Muxtar Respublikanın gənclər və idman naziri Azad Cabbarov federasiya sədrliyinə Səhhət Həbibbəylini namizəd irəli sürüb. Nazirin təklifi yekdilliklə qəbul olunub və S. Həbibbəyli MR-nın Atıcılıq Federasiyasının sədri seçilib.

 

Qeyd edək ki, S. Həbibbəyli Milli Məclisin Elm və təhsil komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəylinin oğludur. O, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun 5 mart 2019-cu il tarixli fərmanı ilə Muxtar Respublikanın Dövlət Gömrük Komitəsinin sədri təyin edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı