Modern.az

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşdı

18 Mart 2019, 23:42

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 68,18 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,64 dollar/barel azdır.

Modern.az xəbər verir ki, Bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 67,51 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,62 dollar/barel azdır.

 

Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 65,22 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,22 dollar/barel azdır.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti 66,28 dollar/barel təşkil edib, bu da əvvəlki qiymətlə eynidir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir