Modern.az

Göyçayda bəy toyundan bir gün sonra qəzaya düşdü

Göyçayda bəy toyundan bir gün sonra qəzaya düşdü

19 Mart 2019, 00:29

Göyçay rayonunda minik avtomobilləri toqquşub. Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax yolunun 193 kilometrliyində, yolun Göyçayın Qaraməryəm kəndindən keçən hissəsində qeydə alınıb. Qəza nəticəsində hər iki avtomobilin sürücüsü xəsarət alıb. Zərbənin təsirindən avtomobillərə ciddi zərər dəyib.

 

Qeyd edək ki, sürücülərdən biri Göyçayın Qarayazı kəndinin sakinidir. Ötən gün onun toy mərasimi olub.

 

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?