Arxiv
19 mart 2019, 08:26 | QARABAĞ
Jurnalistlər Qarabağ məsələsinin həll yolunu necə görürlər?..  

Artıq 30 ildən çoxdur ki, Azərbaycanla Ermənistan arasında münaqişə davam edir. 1988-ci ildən başlayan Qarabağ problemi acı bağırsaq kimi uzanır. İllərdir bu münaqişənin həlli yolu ilə bağlı danışıqlar aparılsa da, hələ ki vəziyyət dəyişməz olaraq qalıb.  Hələ də torpaqlarımız işğal altındadır. Zaman-zaman Qarabağın işğaldan azad olunma yolu barədə fərqli mülahizələr səsləndirilir. Bəs jurnalistlər hansı yolu təklif edirlər?

İşğal olunmuş bölgələrdən olan jurnalistlər bu mövzuda Modern.az-a danışıblar.

 

Füzulidən olan jurnalist, Musavat.com-un redaktoru Xalid Kazımlı bildirib ki, Qarabağın işğaldan azad olunmasının iki yolu var:

“Biri sürətli hərbi həmlədir. Azərbaycan Ordusu qəti hücuma keçib qısa müddətli müharibə ilə torpaqları işğaldan azad etməlidir. İkinci yol isə heç də danışıqlar, sülh yolu-filan deyil. O da uzun çəkən hərb yoludur. Azərbaycan Ermənistanı daimi təzyiq altında, blokada da saxlamalıdır, vaxtaşırı lokal döyüşlərdən istifadə etməlidir, onunla iqtisadi müstəvidədə amansız müharibə aparmalıdır - ta o vaxta qədər ki, Ermənistan Qarabağı işğal altında saxlamağın faydasızlığını, zərərli olduğunu anlasın. Başqa yol varsa da, mən görmürəm. Çünki ermənilər yalnız gücdən anlayan qövmdür. Özlərini güclü saydıqları vaxt onlar heç cür güzəştə getməyəcəklər”.

 

Cəbrayıldan olan müstəqil jurnalist Seymur Verdizadnin sözlərinə görə, hansı yolla olursa olsun, Qarabağın işğaldan azad olunması zəruridir: 

“Hazırda Azərbaycan hakimiyyəti Qarabağı diplomatik yolla azad etməyi qarşısına məqsəd qoyub. Amma danışıqlar prosesi çox uzanıb, bir məcburu köçkün, jurnalist kimi bu məsələ məni narahat edir. Sözsüz ki, mən bir valideyn, ziyalı kimi müharibənin tərəfdarı deyiləm. Müharibə görmüş biri kimi deyə bilərəm ki, müharibə fəlakətdir. Əgər ermənilər bu məsələnin diplomatik səviyyədə həll olmasını istəməsələr, müharibə qaçılmaz olacaq. İstənilən halda Azərbaycan xalqı torpaqların işğal altında qalması ilə barışmamalıdır. Buna təbii ki, Azərbaycanın siyasi hakimiyyəti qərar verəcək. Mən xalqın bir nümayəndəsi kimi deyə bilərəm ki, insanlarımız torpaqlarımızın müharibə yolu ilə azad olunması fikrinə köklənib. Torpaqların müharibə yolu ilə həll olunması ilə bağlı qərar verilsə, hamı bir nəfər kimi əlinə silah alıb vətənin müdafiəsinə qalxacaq. Əgər ermənilər diplomatik yolla bu məsələnin həllinə razı deyillərsə, biz müharibə yolu ilə torpaqlarımızı azad etməliyik”.

 

Zəngilandan olan jurnalist, Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı deyib ki, Qarabağ məsələsi çox həssas mövzudur:

“İllər ərzində gördüklərimiz, dərk etdiklərimiz onu göstərdi ki, Qarabağ məsələsinin həlli  müharibədən keçən bir yoldur.  Qanla, döyüşlə işğal olunmuş torpaqlar bizə hədiyyə verilməyəcək. Aprel döyüşlərində görüldü ki, Azərbaycanın döyüş əzmi yüksəkdir. Bir qığılcım yetər ki, xalq olaraq birləşib düşmənin başını əzək. Mən bunu gördüm, hiss elədim. Biz torpaqlarımızı müharibə yolu ilə azad edə bilərik, sadəcə, bunun üçün gecikmək lazım deyil, üzərindən çox vaxt keçib, getdikcə soyuqluq yaranır. Bugünki nəsil üçün bu məsələ aktualdır. Amma indi böyüyən uşaqlar üçün bu məsələ bizim qədər önəmli olmayacaq. Biz o torpaqlarda böyümüşük, yaşamışıq, görmüşük, müharibənin şahidi olmuşuq. Bunun üçün biz təbliğat işlərini artırmalıyıq ki, yeni nəsil də bu məsələlərdən məlumatlı olsun. Böyük işlər görülməlidirki, insanlarda ruh yaransın. Mənim kəndimi görməyən övladlarımda tam təsəvvür yarana bilmir. Sadəcə bilirlər ki, əsilləri Zəngilandandır, oranın necə bir yer olduğunu ancaq bizim dilimizdən eşidirlər”.

 

Laçınlı jurnalist, “Report”un redaktoru İmdad Əlizadə deyib ki, Qarabağın işğalı Ermənistanın havadarlarının və erməni kilsəsinin bir neçə əsrlik planının tərkib hissəsidir:

“Onlar bir neçə əsr boyunca bu planı həyata keçirməyə çalışıblar. Təəssüf ki, 1988-ci ildən başlayan Qarabağ müharibəsində bu planlarını həyata keçirə biliblər. İndi isə biz çalışırıq ki, ermənilərin bir neçə əsrlik planını danışıqlar yolu ilə ləğv edək. Amma bu real deyil. Bununla bağlı saatlarla danışmaq mümkündür. Ermənistanda kimin hakimiyyətdə olmasından asılı olmayaraq, heç bir siyasi qüvvə danışıqlar yolu ilə Qarabağ probleminin həllinə razı olmayacaq. Biz bu məsələni ancaq müharibə yolu ilə həll etməliyik”.

 

Müstəqil jurnalist Ceyhun Musaoğlu bildirib ki, o, öz yurdunun, torpağının azadlığını istəyir:

“Hökumətimiz, dövlətimiz yəqin ki, torpaqlarımızı işğaldan azad etməyin bir yolunu tapacaq. Bu yolla da biz  torpaqlarımıza qayıdacağıq. Amma ümumi şəkildə iki yol var sülh və müharibə. Amma mənim fikrimcə, sülhə çatmaq üçün də müharibə yolunu keçmək lazımdır. Biz gərək işğal olunmuş torpaqları azadlığa çıxardaq ki, sonra orada sülhü bərqərar edək.  Bizim işğal altında olan torpaqlarımızda yaşayan ermənilər acınacaqlı həyat sürürlər.  Torpaqlarımızda yaşayan ermənilər bilməlidirlər ki, onlar Azərbaycan vətəndaşı olsalar, daha yaxşı yaşayacaqlar. Mən belə düşünürəm ki, biz torpaqlarımızı alıb, sülh gətirməliyik”.  

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
95 yaşlı Şirməmməd Hüseynovdan 90 yaşlı Çingiz Hüseynova maraqlı TƏBRİK 20 Aprel 2019, 20:51 Qəbələdə ağır qəza: 1 ölü, 3 yaralı 20 Aprel 2019, 20:44 Parisdə 126 etirazçı saxlanıldı 20 Aprel 2019, 20:31 Biləcərinin bu küçəsində hərəkət məhdudlaşdırılır 20 Aprel 2019, 20:17 Türkiyə ordusu 20 terrorçunu zərərsizləşdirdi 20 Aprel 2019, 20:02 Ərzurum Atatürk Universitetinin professorları ADAU-da 20 Aprel 2019, 17:58 Belarus Rusiya neftinin keyfiyyətindən narazıdır 20 Aprel 2019, 17:52 Alman eksperti: Sarkisyan hakimiyyəti aprel müharibəsinə görə itirdi 20 Aprel 2019, 17:37 Binəqədidə qadın meyiti tapılıb 20 Aprel 2019, 17:20 Gəncə sakini dəm qazından zəhərləndi 20 Aprel 2019, 17:01 Seçenov Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib 20 Aprel 2019, 16:53 Yasin Sabancı Universitetinin tam bursunu qazanmayıb, sadəcə...   20 Aprel 2019, 16:38 “Bakıda Soyqırımı muzeyi yaradılsın!” - Deputat ÇAĞIRIŞ ETDİ 20 Aprel 2019, 16:31 Kadırovdan Zelenskinin üzr istəməsinə reaksiya 20 Aprel 2019, 16:21 Azərbaycan kinosunun “qaynanası” 103 yaşında - FOTOLAR 20 Aprel 2019, 16:04 Şabranda 2576 it, 24019 iribuynuzlu heyvan… 20 Aprel 2019, 15:49 Keçmiş prezidentin intihar məktubu yayıldı 20 Aprel 2019, 15:43 Zakir Həsənov Türkiyə tərəfinə başsağlığı verib 20 Aprel 2019, 15:24 Ərdoğan Binəli Yıldırıma yeni vəzifə verəcək – AÇIQLAMA 20 Aprel 2019, 15:01 “Ayaks”ın büdcəsinə milyonlar axır 20 Aprel 2019, 14:50 Gənc futbolçumuz "Seltik"in transfer hədəfində 20 Aprel 2019, 14:49 Qaramalın piroplazmoz xəstəliyindən necə qorunmalı? 20 Aprel 2019, 14:47 Sabaha olan HAVA PROQNOZU 20 Aprel 2019, 14:45 Ölkə ərazidində müşahidə olunan faktiki hava şəraiti açıqlanıb 20 Aprel 2019, 14:31 ABŞ səfiri XİN rəhbərlərinin mümkün görüşününü alqışlayır 20 Aprel 2019, 14:22 Ruh da cövlan edərmiş 20 Aprel 2019, 14:19 Gözlər yoldan yığılarmı... - XV YAZI 20 Aprel 2019, 14:15 “Zəif Ukrayna rəhbərliyi Azərbaycan üçün əlverişli deyil” – Deputatların seçki GÖZLƏNTİSİ 20 Aprel 2019, 13:59 Baş Nazir “Orfoqrafiya qaydalarına dəyişiklikləri təsdiqlədi - Bu sözlərin yazılışı dəyişdi - SİYAHI 20 Aprel 2019, 13:40 Azercell İT mütəxəsissləri üçün təlimlərə başladı 20 Aprel 2019, 13:31