Arxiv
19 mart 2019, 08:30 | MEDİA
Bizimkilər - AzTV-nin xanım reportyoru: “...hədəfim ucqar bir kənddə məskunlaşmaqdır” - MÜSAHİBƏ  

Modern.az saytında “Bizimkilər” rubrikasına davam edirik. Bu rubrikada özümüzünkülərdən - jurnalist həmkarlarımızdan yazır, onları oxucularla daha yaxından tanış edirik. Rubrikamızın növbəti qonağı AzTV-nin əməkdaşı Günel Habilqızıdır.

Günel Habil qızı Feyzullayeva, 1981-ci il iyulun 20-də Lənkəran şəhərində dünyaya göz açıb.  1987-ci ildə şəhər  10 nömrəli orta məktəbə gedib. Tibb təhsili alsa da, jurnalistikada çalışmağı  seçib.  2003-cü ildən televiziya səhəsində çalışır. Ailəlidir

 

- Sizi jurnalistikaya gətirən səbəb nə oldu?

 

- Jurnalistikaya tam təsadüf nəticəsində gəlmişəm. Tibb təhsilini əla qiymətlərlə başa vursam da,  bu sahədə çalışmaq istəmirdim. Məşğuliyyət üçün xaricilərin kompüter və ingilis  dili kursuna yazıldım. Oranı da uğurla bitirdim. Kursdakı müəllimim paralel olaraq Lənkəran Televiziyasında çalışırdı. Təhsil almaq üçün xaricə gedəndə öz işini mənə təklif etdi.  Razılaşdım. Hətta deyərdim sevincimin həddi yox idi. Çünki bu əsl mənə görə iş idi, arzularımın, xəyallarımın işi. Orta məktəbdə üç peşənin ardıyca gedəcəyimə dair özümə söz vermişdim. Hərbçi, müəllim, jurnalist...

Tale özü məni gətirib bu yola çıxardı. 2003-cü ilin 22 aprelində işə qəbul olundum. Televiziya düşündüyümdən də sehirli aləm imiş. Necə ovsunlandımsa, ondan bir daha qopmadım. Redaktorumuz vardı, Bəxtiyar Axundov. Gənclərə jurnlaistika və aparıcılığın sirlərini öyrədirdi. Gün ərzində yaradıcılıqdan o qədər söhbət edirdilər ki, axırda mən də özümü sınamalı oldum. Dediklərinə görə istedadım vardı. Ona görə də direktorumuz Baloğlan Mirzəyev jurnalistika və aparıcılıq kurslarında biliyimi artırmağa dəstək oldu. Maykl Delahey, Maşa Slonim, İradə Zeynalova, Aydın Pirverdiyev, Vaqif İbahimoğlu, Sabir Axundov kimi neçə-neçə televiziya nəhənglərindən dərs aldım. Onlardan bu sahənin sirlərini, texnikasını öyrəndim. Bu gün də müəllimlərimin tövsiyələri mənə çox kömək edir. 

 


- AzTV-də çalışmağın fərqlilikləri nələrdir?

 

 - 2006-cı ildə əvvəlcə AzTV-nin Cənub bürosu üzrə xüsusi müxbiri təyin olundum. 2010-cu ilin 12 aprelindən isə mərkəzdə çalışıram. Tam səmimi deyəcəm. AzTV-də çalışmağın ən böyük üstünlüyü burada ailə mühitinin hökm sürməsidir. Biz hamımız böyük bir ailənin üzvləriyik. Günün az qala yarısını bir yerdə keçiririk. Xeyrimizə, şərimizə şərikik. Ən əsası buradakı yaradıcı mühit də özəl televiziyalardan tam fərqlidir. Rəqabət mühiti sağlamdır. Ona görə də bu illər ərzində təkliflər çox olsa da, mənim üçün doğma olan bu məkanı heç yerə dəyişmədim. AzTV Günel Habilqızı üçün əvəzedilməzdir...
Üstəlik indiki məqamda buradan getməyi heç düşünmürəm. Çünki əsl arzu etdiyim ortamdır. Yaradıcılığın pik nöqtəsinə çatmaq üçün bizə hər bir şərait yaradılıb. Xəbərlərin içində Mobil qrupumuz belə var.

 

- Hədəfləriniz nələrdir?

 

- Arzularımın arxasıyca getməyi xoşlayıram. İşimlə bağlı hədəflərimə çatmışam. Reportyor olmaq istəyirdim, oldum. Televiziyada nəfəs aldığım sahədir bu. Mövzunu tapmaq, araşdırmaq, montaj və çəkiliş prosesi. İşin dinamikasını sevirəm. Amma həyata dair hədəfim ucqar bir kənddə məskunlaşmaqdır. Bəlli bir zamandan sonra bu arzumu da reallaşdıracam.

 

- Adətən jurnalistlər işlərinin çoxluğundan şikayətlənir. İşlərinizdən ailənizə vaxt ayıra bilərsinizmi?

 

 - Vaxtımı bölməyi bacarıram. İşin çoxluğu heç nəyə mane ola bilməz. Üstəlik həyat yoldaşımla birlikdə çalışdığımız üçün bir-birimizi daha yaxşı anlayır və dəstək oluruq.

 


- Jurnalistikada özünüzə örnək götürdüyünüz biri varmı?

 

- Əməkdar jurnalist  Flora Xəlilzadə... Onun qələminin və yaradıcılığının heyranıyam. Söz xəzinəsidir mənə görə.

 

- Özünüzlə bağlı nələri dəyişmək istərdiniz?

 

- Özümdə dəyişməyə çalışdığım heç nə yoxdur. Özümdən razıyam. Çünki istədiyim kimiyəm.

 

-  İllərdir televiziyada çalışırsınız. Necə düşünürsünüz, qəzetdə və onlayn mediada işləyə bilərsiniz?

 

- Televiziyadan başqa bu sahəyə dair heç bir yerdə özümü nə görür, nə də sınayıram. Mən televiziya ilə nəfəs alıram.



- Sizə istədiyiniz birindən  müsahibə almaq şansı verilsə, o müsahib kim olardı?

 

- Ağlımda elə biri yoxdur

 

- Jurnalistikada inkişaf etmək üçün nələr edirsiniz?

 

- Hər gün mütaliə edirəm, Xarici telekanalların xəbərlərini, verilişlərini izləyirəm...





BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
TANAP yayda hazır olacaq 18 Aprel 2019, 22:19 Oqtay Əsədov Valentina Matviyenkonu medalla təltif etdi 18 Aprel 2019, 21:54 Paytaxt sakini özünü yaşadığı binadan atdı 18 Aprel 2019, 21:34 “Qarabağ” qələbə qazanaraq liderliyini möhkəmləndirdi 18 Aprel 2019, 21:17 Azərbaycanla İran arasında iqtisadi əməkdaşlıq müzakirə edildi 18 Aprel 2019, 21:01 Alimlər xərçəngə qarşı dərman kəşf etdi 18 Aprel 2019, 20:46 Bakıda yol qəzası tıxaca səbəb oldu 18 Aprel 2019, 20:27 Miqrasiya Xidmətinin rəisi yenidən CANLI YAYIMDA 18 Aprel 2019, 20:13 Bakıda yeniyetməyə qarşı quldurluq 18 Aprel 2019, 20:02 Fuad Qəhrəmanlının qızına küçədə hücum edən şəxsə 15 sutka həbs verilib 18 Aprel 2019, 19:43 Paytaxtın bu rayonlarında qaz olmayacaq 18 Aprel 2019, 19:38 Almaniyadan ekstradisiya olunan şəxs Lənkəranda məhkəmə qarşısında 18 Aprel 2019, 19:23 Elektron kənd təsərrüfatı sistemində qeydiyyatdan keçənlərin sayı açıqlandı 18 Aprel 2019, 19:15 Hüseyn Abdullayevin məhkəməsində zərərçəkmişlər ifadə veriblər 18 Aprel 2019, 19:06 Balıq tutmağa yollanmış 57 yaşlı Bakı sakini itkin düşdü 18 Aprel 2019, 18:54 Bakcell Azərbaycan Qran Prisinin ilk rəsmi dəstəkçisi oldu 18 Aprel 2019, 18:32 Makron Roma papasını Fransaya dəvət etdi 18 Aprel 2019, 18:28 Nazirlik ağac kəsintisi ilə bağlı faktı yenidən araşdırdı 18 Aprel 2019, 18:15 “İrəli”nin“Aprel Zəfəri”nə həsr etdiyi layihə davam edir   18 Aprel 2019, 18:02 Ronaldu “Yuventus”dan erkən  gedə  bilər 18 Aprel 2019, 18:00