Modern.az

Səfir haqqında böhtan yazdıranları Allaha tapşırdı  

Səfir haqqında böhtan yazdıranları Allaha tapşırdı   

Aktual

19 Mart 2019, 09:13

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) fövqəladə və səlahiyyətli səfiri Daşqın Şikarov haqqında şər və böhtan yazıldığını bildirərək bundan təəəssüfləndiyini virğulayıb.

Modern.az-ın məlumatına görə, səfir bu haqda kampaniya başladanlar haqda geniş açıqlama verməyərək, onları Allaha tapşırıb.

“İslamda böhtan böyük günahlardandır. Qurani-Kərimdə insana böhtan atmağın günah olması aşkar şəkildə qeyd edilir: "Mömin kişiləri və qadınları etmədikləri bir işdən (günahdan) ötrü incidənlər, şübhəsiz ki, öz üzərlərinə böhtan və açıq-aydın bir günah götürmüşlər!" [1]; "(Ey insan!) Bilmədiyin bir şeyin ardınca getmə (bacarmadığın bir işi görmə, bilmədiyin bir sözü də demə). Çünki qulaq, göz və ürək-bunların hamısı (sahibinin etdiyi əməl, dediyi söz barəsində) sorğu-sual olunacaqdır."[2]”, - deyə səfir bildirib.

Bu arada sosial şəbəkələrdə səfir Daşqın Şikarovun əleyhinə yazılanlara kütləvi şəkildə etiraz edənlər onu dəstəkləyərək, diplomata qarşı antikampaniyaya son qoyulmasını tələb ediblər. Bu çağırışlarda səfirə qarşı kampaniyanı keçmiş məmurlardan birinin sifariş etdiyi də bildirilir.


Qeyd edək ki, bəzi KİV-lərdəki yazılarda səfir Daşqın Şikarovun Azərbaycan hökumətinin Əbu Dabi hökmdarı Xəlif ibn Zayed əl-Nahayan üçün nəzərdə tutulmuş hədiyyəsini mənimsədiyi, hazırda Azərbaycanın Əbu-Dabidəki səfirliyində xüsusi komissiyanın işlədiyi, hansısa maliyyə vəsaitinin yoxa çıxma faktının araşdırıldığı iddia olunub.


Daşqın Şikarov XİN sistemində işləyən təcrübəli və peşəkar diplomatlardan biri sayılır.  O, mətbuatla ünsiyyət saxlayan və mediaya ən açıq səfirlərdəndir.

D.Şikarov 29 yanvar 1973-cü ildə Şamaxı şəhərində dünyaya gəlib. 1990-ci ildə Bakı şəhəri S.C.Pişəvəri adına 4 saylı Fars təmayüllü orta məktəbini başa vurub.

Daha sonra Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib. 1996-ci ildə İranda, 1998-ci ildə Pakistanda diplomatik kursları bitirib.

1997-2007-ci illər ərzində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə işləyib. 1999-2001-ci illərdə Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş konsulluğunda xidmət göstərib. 2001-2005-ci illərdə Azərbaycanın Pakistan İslam Respublikasındakı Səfirliyində üçüncü və ikinci katib, 2007-2011-ci illərdə isə həmin səfirliyin birinci katib və müvəqqəti işlər vəkili vəzifələrində işləyib. 

2011-2015-ci illərdə Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında, həmçinin iqamətgahı İslamabad şəhərində olmaqla Əfqanıstan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərib.
Prezidentin 12 yanvar 2016-cı il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmriliklərində fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunub.

Fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi var. Ölkə Prezidentinin sərəncamları ilə III dərəcəli "Vətənə Xidmətə görə" ordeni, "Diplomatik xidmətdə fərqlənməyə görə" medalı ilə təltif olunub.

Daşqın Şikarov ingilis, türk, fars, rus və urdu dillərini bilir. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir