Arxiv
19 mart 2019, 09:28 | AKTUAL
Gəncədə Novruz bayramı böyük coşqu ilə qeyd edilib

Novruz bayramı münasibətilə təşkil olunan tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk, Gürcüstanın Gəncədəki baş konsulu Mamuka Balavadze, şəhər rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Modern.az xəbər verir ki, tədbir Gəncə şəhər Heydər Əliyev park-komplakesində təşkil olunub. Qonaqları müdrik el ağsaqqalı Dədə Qorqud salamlayıb, onlara xeyir-dua verib, həmrəylik rəmzi olan odu iştirakçılara təqdim edib və Novruz tonqalı bu odla alovlandırılıb. Yazın müjdəçisi - Bahar qız yurdumuza Novruzun gəldiyini xəbər verib.

Gəncənin tarixi şəxsiyyətləri Məhsəti Gəncəvinin, Nizami Gəncəvinin, Cavad xanın obrazları canlandırılıb. Onlar insanları humanizmə, doğruluğa, düzgünlüyə və ədalətə səsləyiblər. Cavad xan el igidlərinə şanlı keçmişimizi xatırladıb. Hər kəsi Azərbaycanın bütövlüyü və inkişafı uğrunda həmrəy olmağa çağırıb. Meydanda bəzədilən çadırlar önündə Məhsəti Gəncəvinin ədəbi İrfan məclisi qurulub. Xaqani Şirvani, Qətran Təbrizi, Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Mirzə Şəfi Vazeh və Nigar Rəfibəylinin əsərlərindən nümunələr səsləndirilib.

Novruzun rəmzlərindən olan Kosa və Keçəlin məzəli çıxışı, qonaqlarla yumurta döyüşdürməsi maraqla qarşılanıb.

İştirakçılara Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” operettasının motivləri əsasında hazırlanan “Bazar meydanı” tamaşası təqdim olunub. Gəncə Dövlət Filarmoniyasının, Göygöl Dövlət Mahnı və Rəqs ansamblı, Kamera Orekestrı, Gəncə Musiqi Kollecinin kollektivləri qonaqlar qarşısında çıxış ediblər.

Quraşdırılan pavilyonlarda şəhərin idarə, təşkilat və müəssisələrinin hazırladığı stendlər qonaqlara təqdim olunub. Burada gəncəli sənətkarların dekorativ-tətbiqi sənətkarlığın müxtəlif sahələrinə aid sənət nümunələri nümayiş etdirilib.

İdmanın müxtəlif növlərində təmsil olunan gənclərin nümunəvi çıxışları, eləcə də pəhləvanların kəndirdartma, qolgüləşdirmə kimi nömrələri xoş ovqat yaradıb.

Bayram tədbirində qədim Gəncənin milli yemək və çay süfrəsi açılıb. İştirakçılara Azərbaycan mətbəxinin ləziz xörəkləri, müxtəlif çörəklər, qəlyanaltılar, içkilər, şərbətlər və şirniyyatlar təqdim edilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda mənzildən qadın meyiti tapıldı 21 Aprel 2019, 00:54 Bakıda 17 yaşlı gənc bıçaqlandı 21 Aprel 2019, 00:39 Sükut günündə 250 pozuntu 21 Aprel 2019, 00:23 Elinanın ölümündə ittiham olunan  icra başçısının müavini AÇIQLAMA YAYDI 21 Aprel 2019, 00:08 Sumqayıtdakı davada 2 nəfər xəsarət alıb 20 Aprel 2019, 23:38 “Akif Çovdarova 3 milyon manat verə biləcəyimi söylədim” - Tağı Əhmədov 20 Aprel 2019, 23:37 Bu ölkədə 1 milyon işçi axtarılır 20 Aprel 2019, 23:14  “Stonehenge” tarixi abidəsini Anadoludan gələnlər tikiblər 20 Aprel 2019, 22:57 Moskva xatirələri - VI HİSSƏ 20 Aprel 2019, 22:55 Əkrəm İmamoğlu  İstanbul əhalisini Maltəpəyə çağırdı 20 Aprel 2019, 22:39 Məni həmişə ən çox inandığım adamlar aldadıb  - YAZIÇI 20 Aprel 2019, 22:32 Dünyanın ən yaxşı universitetlərinin adları açıqlandı: SİYAHI 20 Aprel 2019, 22:18 Prezident Azərbaycanla sərhəddə gəldi 20 Aprel 2019, 22:06 Bill Qeytsin varidatı 100 milyard dolları ötdü 20 Aprel 2019, 21:59 Qar Azərbaycanın bu yollarının bağlanmasına səbəb oldu 20 Aprel 2019, 21:43 Bolqarıstanda təyyarə qəzası 20 Aprel 2019, 21:27 Fransada  Azərbaycan məktəbi açıldı - FOTOLAR 20 Aprel 2019, 21:18 Niyə Prezident bütün xırda məsələlərə müdaxilə etməlidi… 20 Aprel 2019, 21:07 Lotu Qulinin adamı sahibkarı güllələdi 20 Aprel 2019, 20:58 95 yaşlı Şirməmməd Hüseynovdan 90 yaşlı Çingiz Hüseynova maraqlı TƏBRİK 20 Aprel 2019, 20:51 Qəbələdə ağır qəza: 1 ölü, 3 yaralı 20 Aprel 2019, 20:44 Parisdə 126 etirazçı saxlanıldı 20 Aprel 2019, 20:31 Biləcərinin bu küçəsində hərəkət məhdudlaşdırılır 20 Aprel 2019, 20:17 Türkiyə ordusu 20 terrorçunu zərərsizləşdirdi 20 Aprel 2019, 20:02 Ərzurum Atatürk Universitetinin professorları ADAU-da 20 Aprel 2019, 17:58 Belarus Rusiya neftinin keyfiyyətindən narazıdır 20 Aprel 2019, 17:52 Alman eksperti: Sarkisyan hakimiyyəti aprel müharibəsinə görə itirdi 20 Aprel 2019, 17:37 Binəqədidə qadın meyiti tapılıb 20 Aprel 2019, 17:20 Gəncə sakini dəm qazından zəhərləndi 20 Aprel 2019, 17:01 Seçenov Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib 20 Aprel 2019, 16:53