Arxiv
19 mart 2019, 10:35 | AKTUAL
Kapital Bank daha bir beynəlxalq konfransa qatıldı

Kapital Bank və Paşa Holdinq-in nümayəndələri 13-14 mart 2019-cu il tarixlərində Amerika Banklar Assosiasiyasının törəmə qurumu Maliyyə və Ticarət üzrə Banklar Assosiasiyası (BAFT) tərəfindən Dubayda keçirilən beynəlxalq forumda iştirak ediblər. “Dəyiş. Uyğunlaş. İnkişaf et” şüarı altında keçirilən tədbirə Kapital Bank-ın İdarə Heyəti sədrinin Beynəlxalq Əlaqələr üzrə müşaviri Vüqar Sadiq və Paşa Holdinqin Baş iqtisadçısı Elman Eminov qatılıb.

 

Modern.az xəbər verir ki, tədbir texnoloji yeniliklər, komplayens və bir sıra digər məsələlərlə bağlı müxtəlif beynəlxalq ekspertlərin çıxışları ilə yadda qalıb. Tədbir zamanı “Rəqəmsal Transformasiyalar Dövründə Komplayens”, “Ödənişlərin Transformasiya Texnologiyası” və digər mövzularda müzakirələr aparılıb.

 

Kapital Bank-ın İdarə Heyəti sədrinin Beynəlxalq Əlaqələr üzrə müşaviri Vüqar Sadiq qeyd edib ki, bu ilki tədbirin əsas məqsədi maliyyə sektorunda yeni texnologiyaların əhəmiyyətini müzakirə etməkdir. Rəqəmsal transformasiyanın bir hissəsi kimi İnnovasiya, müştərilərdən yüksək gözləntilərə cavab vermək üçün yeni imkanlar yaradır, eyni zamanda, kiber təhlükəsizlik, yeni normativ siyasət, xüsusilə komplayens və fırıldaqçılığa qarşı xəbərdarlıq hallarına hazır olmağa zəmin yaradır.

 

Həmçinin, “MENA regionun iqtisadi reallığı” panelində çıxış edən Paşa Holdinqin Baş iqtisadçısı Elman Eminov bildirib ki, MENA regionu əsasən neft istehsalı və ixracı ilə xarakterizə olunur. Bu baxımdan yaxın və orta müddətli dövrdə neft qiymətinin dinamikası və ümumi iqtisadi aktivlikdə özəl sektorun iştirakının artırılması gündəlikdə duran əsas iqtisadi məsələlər olacaq.

 

Qeyd edək ki, tədbir 2017-ci ildə BAFT tərəfindən yaradılan MENA bölməsi (Middle East, North Africa) tərəfindən keçirilib və əsas məqsədi regionda olan mühüm məsələləri müzakirə etməkdir.

 

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 99 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda mənzildən qadın meyiti tapıldı 21 Aprel 2019, 00:54 Bakıda 17 yaşlı gənc bıçaqlandı 21 Aprel 2019, 00:39 Sükut günündə 250 pozuntu 21 Aprel 2019, 00:23 Elinanın ölümündə ittiham olunan  icra başçısının müavini AÇIQLAMA YAYDI 21 Aprel 2019, 00:08 Sumqayıtdakı davada 2 nəfər xəsarət alıb 20 Aprel 2019, 23:38 “Akif Çovdarova 3 milyon manat verə biləcəyimi söylədim” - Tağı Əhmədov 20 Aprel 2019, 23:37 Bu ölkədə 1 milyon işçi axtarılır 20 Aprel 2019, 23:14  “Stonehenge” tarixi abidəsini Anadoludan gələnlər tikiblər 20 Aprel 2019, 22:57 Moskva xatirələri - VI HİSSƏ 20 Aprel 2019, 22:55 Əkrəm İmamoğlu  İstanbul əhalisini Maltəpəyə çağırdı 20 Aprel 2019, 22:39 Məni həmişə ən çox inandığım adamlar aldadıb  - YAZIÇI 20 Aprel 2019, 22:32 Dünyanın ən yaxşı universitetlərinin adları açıqlandı: SİYAHI 20 Aprel 2019, 22:18 Prezident Azərbaycanla sərhəddə gəldi 20 Aprel 2019, 22:06 Bill Qeytsin varidatı 100 milyard dolları ötdü 20 Aprel 2019, 21:59 Qar Azərbaycanın bu yollarının bağlanmasına səbəb oldu 20 Aprel 2019, 21:43 Bolqarıstanda təyyarə qəzası 20 Aprel 2019, 21:27 Fransada  Azərbaycan məktəbi açıldı - FOTOLAR 20 Aprel 2019, 21:18 Niyə Prezident bütün xırda məsələlərə müdaxilə etməlidi… 20 Aprel 2019, 21:07 Lotu Qulinin adamı sahibkarı güllələdi 20 Aprel 2019, 20:58 95 yaşlı Şirməmməd Hüseynovdan 90 yaşlı Çingiz Hüseynova maraqlı TƏBRİK 20 Aprel 2019, 20:51 Qəbələdə ağır qəza: 1 ölü, 3 yaralı 20 Aprel 2019, 20:44 Parisdə 126 etirazçı saxlanıldı 20 Aprel 2019, 20:31 Biləcərinin bu küçəsində hərəkət məhdudlaşdırılır 20 Aprel 2019, 20:17 Türkiyə ordusu 20 terrorçunu zərərsizləşdirdi 20 Aprel 2019, 20:02 Ərzurum Atatürk Universitetinin professorları ADAU-da 20 Aprel 2019, 17:58 Belarus Rusiya neftinin keyfiyyətindən narazıdır 20 Aprel 2019, 17:52 Alman eksperti: Sarkisyan hakimiyyəti aprel müharibəsinə görə itirdi 20 Aprel 2019, 17:37 Binəqədidə qadın meyiti tapılıb 20 Aprel 2019, 17:20 Gəncə sakini dəm qazından zəhərləndi 20 Aprel 2019, 17:01 Seçenov Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib 20 Aprel 2019, 16:53