Modern.az

Keçmiş “KVN”çi Ukrayna prezidentliyinə əsas favoritdir  

Keçmiş “KVN”çi Ukrayna prezidentliyinə əsas favoritdir  

19 Mart 2019, 10:50

Ukraynalı komik və şoumen Vladimir Zelenski prezident seçkilərinin əsas favoritinə çevrilib.

 

Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə “Qabaqcıl hüquqi təşəbbüslər” ictimai təşkilatının keçirdiyi rəy sorğusundan aydın olub.

 

Onun namizədliyinə 34,04% seçici səs verməyə hazırdır. Bu isə hazırki prezident Pyotr Poroşenkoya göstəriləcək dəstəkdən 2 dəfə çoxdur.

Poroşenko yalnız 14,22% seçicinin dəstəyini qazanıb. Üçüncü pillədə yerləşən “Batkovşina” partiyasının sədri Yuliya Timoşenko isə yalnız 12,9%-lik ictimai dəstəyə malikdir.

 

Sorğu Krım, Donetsk və Luqansk istisna olmaqla, bütün Ukrayna ərazisində 164 min respondent arasında keçirilib.

Xatırladaq ki, Vladimir Zelenski keçmiş “KVN”çi və “Kvartal 95” şirkətinin sahibidir.   

Twitter
Sizə yeni tvit var
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı