Arxiv
19 mart 2019, 11:57 | AKTUAL
General şəhid ailələrinin evinə getdi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən Milli qəhrəmanların, veteranların, QHT rəhbərlərinin, baş redaktorların iştirakı ilə Novruz bayramı münasibətilə respublikanın bütün şəhər və rayonlarını əhatə etməklə bir qrup şəhid ailəsinə bayram təbrikləri və sovqatlar çatdırılıb.

 

Modern.az xəbər verir ki, martın 18-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov, Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Milli Qəhrəman Vahid Quliyev, Ehtiyatda Olan Zabitlər Konfederasiyasının sədri Məmmədhüseyn Sarıyev Nərimanov rayonunda şəhid Mahir Mirzəyevin, Nəsimi rayonunda Azər və Natiq Novruzov qardaşlarının və Sabunçu rayonu Zabrat qəsəbəsində Əlizaman İslamovun ailəsinə baş çəkib, bayram münasibətilə təbrik ediblər. 


Qeyd edək ki, Prezident İlham Əliyevin yürütdüyü sosial siyasəti, şəhid aiələrinə diqqət və qayğını öz fəaliyyətində prioritet götürən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti dövlət orqanı olaraq müxtəlif layihələr həyata keçirir.

 

Həyata keçirilən bu cür layihələr Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının ailələrinin qayğı ilə əhatələnməsi, onlara əlamətdar günlərdə bayram əhval-ruhiyyəsi yaşatmaq məqsədi daşıyır.

 

SHXÇDX-nin yerli idarə, şöbə və bölmələri tərəfindən bayram sovqatlarının paylanılması bugün başa çatdırılıb.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Alimlər xərçəngə qarşı dərman kəşf etdi 18 Aprel 2019, 20:46 Bakıda yol qəzası tıxaca səbəb oldu 18 Aprel 2019, 20:27 Miqrasiya Xidmətinin rəisi yenidən CANLI YAYIMDA 18 Aprel 2019, 20:13 Bakıda yeniyetməyə qarşı quldurluq 18 Aprel 2019, 20:02 Fuad Qəhrəmanlının qızına küçədə hücum edən şəxsə 15 sutka həbs verilib 18 Aprel 2019, 19:43 Paytaxtın bu rayonlarında qaz olmayacaq 18 Aprel 2019, 19:38 Almaniyadan ekstradisiya olunan şəxs Lənkəranda məhkəmə qarşısında 18 Aprel 2019, 19:23 Elektron kənd təsərrüfatı sistemində qeydiyyatdan keçənlərin sayı açıqlandı 18 Aprel 2019, 19:15 Hüseyn Abdullayevin məhkəməsində zərərçəkmişlər ifadə veriblər 18 Aprel 2019, 19:06 Balıq tutmağa yollanmış 57 yaşlı Bakı sakini itkin düşdü 18 Aprel 2019, 18:54 Bakcell Azərbaycan Qran Prisinin ilk rəsmi dəstəkçisi oldu 18 Aprel 2019, 18:32 Makron Roma papasını Fransaya dəvət etdi 18 Aprel 2019, 18:28 Nazirlik ağac kəsintisi ilə bağlı faktı yenidən araşdırdı 18 Aprel 2019, 18:15 “İrəli”nin“Aprel Zəfəri”nə həsr etdiyi layihə davam edir   18 Aprel 2019, 18:02 Ronaldu “Yuventus”dan erkən  gedə  bilər 18 Aprel 2019, 18:00 Azercell-in yeni layihəsi ilə nömrələrin sim-paketə bağlılığı aradan qaldırılıb 18 Aprel 2019, 17:51 400 kq istifadəyə yararsız heyvan cəmdəyi aşkarlandı 18 Aprel 2019, 17:42 Konstitusiya Məhkəməsi sədrinin və hakimlərinin maaşı artırılıb 18 Aprel 2019, 17:37 Manatın məzənnəsi dəyişir? 18 Aprel 2019, 17:33 Deputat seçiciləri ilə görüşdü 18 Aprel 2019, 17:32