Modern.az

Manvel Qriqoryan Ermənistanı Avropa məhkəməsinə şikayət etdi

Manvel Qriqoryan Ermənistanı Avropa məhkəməsinə şikayət etdi

Dünya

19 Mart 2019, 12:22

Erməni general Manvel Qriqoryanın vəkilləri Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Qriqoryanın vəkillərindən Levon Baqdasaryan açıqlama verib.

“Ağır xəstəliklərdən əziyyət çəkənlər həbsdə qalırsa, bu işgəncədir və buna görə biz Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmişik. Bunun üçün tələb olunan bütün səbədləri məhkəmə göndərmişik”.

 

Xatırladaq ki, qanunsuz odlu silah saxlamaqda və külli miqdarda vəsiaiti mənimsəməkdə ittiham olunan Qriqoryanın həbs müddəti martın 15-də daha 2 ay müddətinə uzadılıb.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!