Arxiv
19 mart 2019, 12:51 | AKTUAL
“Nobel qardaşlarının ilk uğuru” filmi baxış üçün Kann festivalında

Dünyada məşhur olan Nobel qardaşlarının gəlirlərinin əsas hissəsini Bakı neftindən əldə etməsini çox az adam bilir. “Nobel qardaşlarının ilk uğuru” sənədli filmi 40 ölkədə 100-dən artıq beynəlxalq festivala göndəriləcək. “Nobel qardaşlarının ilk uğuru” filminə ilk baxış Kannda olacaq.

Bu barədə Modern.az-a filmin quruluşçu rejissoru və baş prodüsseri Cəlaləddin Qasımov məlumat verib. O, bildirib ki, “Nobel qardaşlarının ilk uğuru” filmi ilkin baxış üçün Kannda bu gün qeydiyyatdan keçib. Filmin istehsalı 17 mart 2019-cu ildə başa çatıb:

“Bu il 72-ci Kann festivalına 4-cü filmimiz də baxış üçün qeydiyyatdan keçdi:
“Şollerin arxivi” bədii filmi 19LM0381 qeydiyyat kodu ilə,

“Edam günü” bədii filmi 19LM0382 qeydiyyat kodu ilə, 

“Stalinin qaranlıq keçmişi” sənədli filmi 19CM4576 qeydiyyat kodu ilə,

“Nobel qardaşlarının ilk uğuru” sənədli filmi 19CM4575 qeydiyyat kodu ilə”.


Cəlaləddin Qasımov deyib ki, festivala filmlərin qəbulu martın 7-də dayandırılsa da, “Nobel qardaşlarının ilk uğuru” filmi martın 18-də iştirakçı kimi qeydə alınıb ki, bu da onlara olan etimadın göstəricisidir.   

Sənədli filimin redaktoru Əkbər Qoşalı, qrafika ustası Xaqani Məmmədovdur. Mətni Eldost Bayram oxuyub.

Nobel qardaşlarının Azərbaycanda geniş fəaliyyəti olub. Nobel qardaşları gəlirlə­rinin əsas hissəsini Bakı neftindən əldə ediblər. Nobel qardaşlarından  Robert Nobel Azərbaycana qoz ağacı axtarmağa gəlir. Lakin Bakı neftini görür və “Nobel qardaşları” firmasını yaradır. “Nobel qardaşları” firması ilə rəqabət aparan iri neft sənayesi sahiblərindən biri Hacı Zeynalabdin Tağıyev idi. Nobellərin ən inandığı, hörmət etdiyi şəxsiyyət də H.Z.Tağıyev olub.

1875-ci ildə “Nobel qardaşları” firmasının əsası qoyulur. Robert Nobel ilk olaraq Bakının “Qa­ra şəhər” adlanan sahəsində 25 min rubla kiçik bir zavod alır.

1918-ci ildə onun sərvəti 45 milyona çatmışdı. Hesablamalara görə, həmin vəsait bu günkü məzənnə ilə 32 milyard ABŞ dolları edir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda yeniyetməyə qarşı quldurluq 18 Aprel 2019, 20:02 Fuad Qəhrəmanlının qızına küçədə hücum edən şəxs 15 sutka həbs verilib 18 Aprel 2019, 19:43 Paytaxtın bu rayonlarında qaz olmayacaq 18 Aprel 2019, 19:38 Almaniyadan ekstradisiya olunan şəxs Lənkəranda məhkəmə qarşısında 18 Aprel 2019, 19:23 Elektron kənd təsərrüfatı sistemində qeydiyyatdan keçənlərin sayı açıqlandı 18 Aprel 2019, 19:15 Hüseyn Abdullayevin məhkəməsində zərərçəkmişlər ifadə veriblər 18 Aprel 2019, 19:06 Balıq tutmağa yollanmış 57 yaşlı Bakı sakini itkin düşdü 18 Aprel 2019, 18:54 Bakcell Azərbaycan Qran Prisinin ilk rəsmi dəstəkçisi oldu 18 Aprel 2019, 18:32 Makron Roma papasını Fransaya dəvət etdi 18 Aprel 2019, 18:28 Nazirlik ağac kəsintisi ilə bağlı faktı yenidən araşdırdı 18 Aprel 2019, 18:15 “İrəli”nin“Aprel Zəfəri”nə həsr etdiyi layihə davam edir   18 Aprel 2019, 18:02 Ronaldu “Yuventus”dan erkən  gedə  bilər 18 Aprel 2019, 18:00 Azercell-in yeni layihəsi ilə nömrələrin sim-paketə bağlılığı aradan qaldırılıb 18 Aprel 2019, 17:51 400 kq istifadəyə yararsız heyvan cəmdəyi aşkarlandı 18 Aprel 2019, 17:42 Konstitusiya Məhkəməsi sədrinin və hakimlərinin maaşı artırılıb 18 Aprel 2019, 17:37 Manatın məzənnəsi dəyişir? 18 Aprel 2019, 17:33 Deputat seçiciləri ilə görüşdü 18 Aprel 2019, 17:32 Prezident  deputatı “Şöhrət” ordeni ilə təltif etdi   18 Aprel 2019, 17:25 Çörəyə tətbiq olunan vergi güzəştinin müddəti uzadıldı 18 Aprel 2019, 17:21 Kənd təsərrüfatı naziri müşavirə keçirdi 18 Aprel 2019, 17:16