Arxiv
19 mart 2019, 12:54 | AKTUAL
Beynəlxalq Bankdan YENİLİK

“Cash by Code” xidməti artıq IBAm-da

 

Azərbaycan Beynəlxalq Bankı IBAm istifadəçilərini yeniliklərlə sevindirməkdə davam edir. IBAm-ın çoxsaylı funksiyaları sırasına artıq “Cash by Code” xidməti də əlavə olunub.  IBAm istifadəçiləri indi öz mobil telefonları vasitəsilə bu xidmətin üstünlüklərindən rahatlıqla faydalana bilərlər.

 

“Cash by Code” son dərəcə asan pulköçürmə xidmətidir. Bunun üçün Azərbaycan Beynəlxalq Bankının plastik kart sahibi və IBAm istifadəçisi olmaq kifayətdir. Belə ki, bu xidmət vasitəsilə müştərilər heç bir bank ofisinə getmədən kartı olmayan şəxslərə pul göndərə, yaxud plastik kartları üzərlərində olmadığı hallarda da bankomatdan nağd pul çıxara bilərlər.

 

Xidmətdən istifadə etmək üçün kart sahibi IBAm-a daxil olaraq “Köçürmələr” bölməsində “Cash by Code” xidmətini seçir. Məbləği, valyutanı və vəsaiti əldə edəcək şəxsin mobil nömrəsini daxil edir. Bu zaman sistem kodun birinci hissəsi olan xüsusi 5 rəqəmli kod yaradaraq onu telefonun ekranında əks etdirir. Həmin kod paralel olaraq vəsaiti göndərən şəxsə SMS vasitəsilə də daxil olur. Eyni zamanda vəsaiti əldə edəcək şəxsin mobil nömrəsinə də kodun ikinci hissəsi olan 5 rəqəm SMS vasitəsilə daxil olur.

 

Yekunda 10 rəqəmli kodu, göndərilən vəsaitin məbləğini və valyutasını bankomatın “Cash by Code” bölməsinə daxil etməklə vəsaiti nağdlaşdırmaq mümkündür.

 

IOS və Android istifadəçiləri Azərbaycan Beynəlxalq Bankının IBAm mobil əlavəsini həm AppStore, həm də Google Play-dən yükləyə bilərlər.

Yükləmə linkləri:

Google Play - https://play.google.com/store/apps/details?id=iba.mobilbank

App Store - https://itunes.apple.com/us/app/ibam-mobil-bank/id1251456175?ls=1&mt=8

 

Azərbaycan Beynəlxalq Bankının internet  bankçılıq xidməti olan IBAnking xidmətinə isə bu link vasitəsilə qoşulmaq olar: https://ibanking.ibar.az

 

Bank yeni-yeni funksiyalarla IBAm mobil əlavəsinin imkanlarını gələcəkdə də genişləndirəcək.

 

Ölkəmizin müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda yeniyetməyə qarşı quldurluq 18 Aprel 2019, 20:02 Fuad Qəhrəmanlının qızına küçədə hücum edən şəxs 15 sutka həbs verilib 18 Aprel 2019, 19:43 Paytaxtın bu rayonlarında qaz olmayacaq 18 Aprel 2019, 19:38 Almaniyadan ekstradisiya olunan şəxs Lənkəranda məhkəmə qarşısında 18 Aprel 2019, 19:23 Elektron kənd təsərrüfatı sistemində qeydiyyatdan keçənlərin sayı açıqlandı 18 Aprel 2019, 19:15 Hüseyn Abdullayevin məhkəməsində zərərçəkmişlər ifadə veriblər 18 Aprel 2019, 19:06 Balıq tutmağa yollanmış 57 yaşlı Bakı sakini itkin düşdü 18 Aprel 2019, 18:54 Bakcell Azərbaycan Qran Prisinin ilk rəsmi dəstəkçisi oldu 18 Aprel 2019, 18:32 Makron Roma papasını Fransaya dəvət etdi 18 Aprel 2019, 18:28 Nazirlik ağac kəsintisi ilə bağlı faktı yenidən araşdırdı 18 Aprel 2019, 18:15 “İrəli”nin“Aprel Zəfəri”nə həsr etdiyi layihə davam edir   18 Aprel 2019, 18:02 Ronaldu “Yuventus”dan erkən  gedə  bilər 18 Aprel 2019, 18:00 Azercell-in yeni layihəsi ilə nömrələrin sim-paketə bağlılığı aradan qaldırılıb 18 Aprel 2019, 17:51 400 kq istifadəyə yararsız heyvan cəmdəyi aşkarlandı 18 Aprel 2019, 17:42 Konstitusiya Məhkəməsi sədrinin və hakimlərinin maaşı artırılıb 18 Aprel 2019, 17:37 Manatın məzənnəsi dəyişir? 18 Aprel 2019, 17:33 Deputat seçiciləri ilə görüşdü 18 Aprel 2019, 17:32 Prezident  deputatı “Şöhrət” ordeni ilə təltif etdi   18 Aprel 2019, 17:25 Çörəyə tətbiq olunan vergi güzəştinin müddəti uzadıldı 18 Aprel 2019, 17:21 Kənd təsərrüfatı naziri müşavirə keçirdi 18 Aprel 2019, 17:16