Arxiv
19 mart 2019, 16:20 | AKTUAL
Azərbaycanlı tələbələr Avropa Parlamentində erməniləri susdurdular

Martın 6-da Avropa Parlamentində (AP) Ədalət və Demokratiya naminə Avropa Erməni Federasiyası və Tufenkiyan Fondunun təşkilatçılığı ilə “Ermənifobiya: tarixi inkişaf yolu və müasir oyanış” mövzusunda konfrans keçirilib.

 

Modern.az-ın məlumatına görə, Avropa Parlamentinin (AP) tərkibcə üçüncü böyük siyasi qrupu hesab edilən Avropa Mühafizəkarları və İslahatçıları (ECR) partiyasının qatı ermənipərəst üzvü Yeleni Teoxarusun (Kipr) ev sahibliyi ilə keçən tədbirdə  Ermənistanın Brüsseldəki diaspor nümayəndələri (Andre Qumicyan), EAFJD rəhbəri Kaspar Karampetyan və s.) ilə yanaşı, Azərbaycanın işğal olunmuş ərazilərindəki qondarma rejimin qeyri-legitim nümayəndələri – Aşot Qulyan, Ruben Melikyan, Artak Belqaryan, habelə özünü “türk publisist” kimi təqdim edən Raqib Zarakolou, polyak tədqiqatçı Yak Osieçki, bloqqer Aleksandr Lapşin iştirak ediblər.

 

Anti-Azərbaycan və anti-türk xarakteri daşıyan bu tədbirin diqqət çəkən məqamlarından biri ondan ibarət idi ki, R.Melikyan təqdimatında Leyla Yunusun sözlərinə istinad edərək vurğulayıb ki, Azərbaycanda ermənifobiya uzun illərdir ki, gənc azərbaycanlıların şüuruna  yeridilir.

 

Tədbirin sonunda çıxış edən Aleksandr Lapşin 2017-ci ilin fevralında Azərbaycanın müraciəti əsasında həbs olunmasından, ermənifobiyanın  Azərbaycanda mövcudluğundan danışıb.

Tədbirin sual-cavab hissəsində Avropada təhsil alan həmyerlilərimiz verdiyi suallarla həm mühazirəçiləri, həm də iştirakçıları çətin vəziyyətə salıblar.

Tələbələrimiz  çıxışları zamanı Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi, beynəlxalq hüquq prinsiplərini pozması və Ermənistan cəmiyyətində milliyyətçi və şovinist əhval-ruhiyyənin bütün təbəqələrdə sürətlə inkişaf etməsini faktlarla izah ediblər.

 

Zaldakı azərbaycanlılar Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması istiqamətində həm Azərbaycanın, həm də beynəlxalq ictimaiyyətin ortaq məxrəclər axtardığı bir dönəmdə, Ermənistan hakimiyyətinin və onların havadarlarının sifarişi ilə belə bir tədbirin keçirilməsinin bütün səyləri sarsıtdığını qeyd edib.

 

Onlar bildirib  ki, Azərbaycan cəmiyyətini ermənifob kimi qələmə vermək yanlışdır. Əlbəttə, ölkənin işğala məruz qalması, yüz minlərlə insanın öz doğma yurd-yuvalarından didərgin salınması haqlı olaraq azərbaycanlılarda qəzəb hissi oyatmışdır. Lakin bu qəzəb bütün ermənilərə qarşı yox, Dağlıq Qarabağdakı həmvətənlərimizə qarşı acımasız cinayət törədən, 25 ildən çox bir müddətdə bir milyona yaxın qaçqın və məcburi köçkünlərimizi yaşayış, mülkiyyət və s. hüquqlarından istifadə etməkdən məhrum edən işğalçı və cinayətkarlara qarşıdır.

 

Azərbaycanlı tələbələr çıxış edən şəxslərdən Ermənistanın iddia etdiyi ermənifobiya təhlükəsini və Azərbaycanın qəzəbini azaltmağa qarşı nə kimi addımlar atdığını da sorğu etmiş, qondarma qurumun “insan hüquqları müdafiəçisinə” sual ünvanlayaraq, Dağlıq Qarabağ və ətraf rayonlardan didərgin salınmış azərbaycanlıların fundamental hüquqlarının qorunması istiqamətində nə işlər görüldüyünü sorğulayıb.

 

Azərbaycanlı gənclər Ermənistanın nə üçün dünya ictimaiyyətini bir tərəfdən 100 il öncə baş vermiş və həqiqiliyi tam olaraq sübut olunmamış hadisələrə inandırmağa, digər tərəfdən isə yaxın keçmişdə Xocalıda törətdiyi qətliamı unutdurmağa yönəlik siyasət apardığını sorğu ediblər.

 Tələbələr,  həmçinin, nasist ideologiyasının daşıyıcılarına İrəvanda abidə ucaldılmasının Ermənistanın əsl kimliyini və nəinki Azərbaycanlı və türklərə, həmçinin digər  etnik mənsubiyyətə malik insanlara da nifrətlə yanaşdığını nümayiş etdirdiyini bildiriblər.

 

Ənənəvi olaraq, bu tədbirdə iştirak edən ermənilər və ermənipərəstlər verilən suallara ümumi cavablar səsləndirməklə problemlərin əsl mahiyyətindən kənara qaçmağa cəhd göstərib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Leyla Əliyeva sağlamlıq imkanlarından məhdud gənclərin sərgisinə gəldi 19 Aprel 2019, 16:42 Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin işi barədə Fərman verildi 19 Aprel 2019, 16:35 Prezidentdən sərəncam - 1.9 milyon manat ayrıldı 19 Aprel 2019, 16:34 Bakı-Sumqayıt qatarının hərəkət qrafiki dəyişdirilir 19 Aprel 2019, 16:21 Ağac kəsənə 2960 manat cərimə   19 Aprel 2019, 16:19 Hansı deputatlar Milli Məclisin iclaslarına gəlmirlər... 19 Aprel 2019, 16:16 İki universitet Hesablama Palatasının ittihamlarına cavab verdi 19 Aprel 2019, 16:10 Nazirin qəbul vaxtı dəyişdirildi 19 Aprel 2019, 16:08 Universitetlərdə Keyfiyyət Təminatı Mərkəzləri yaradıla bilər 19 Aprel 2019, 15:54 Azərbaycanda hər il yeni quşlar AŞKARLANIR 19 Aprel 2019, 15:50 Maksim 400-cü oyununa övladları ilə çıxdı - FOTO 19 Aprel 2019, 15:46 İTV-nin aparıcısının bacısından sonra qardaşı da öldü - Ailə faciəsi 19 Aprel 2019, 15:39 Formula 1-i 90 jurnalist izləyəcək 19 Aprel 2019, 15:38 İcra başçısı problemləri dinlədi 19 Aprel 2019, 15:36 Ermənistanın Qarabağ iştahı artır - Arazboyu ərazilər məskunlaşdırılır 19 Aprel 2019, 15:32 ReAl partiyası parlament seçkilərinə hazırlığa başladı: “İki siyahı üzərində çalışırıq” - ŞƏRTLƏR 19 Aprel 2019, 15:17 Bakı Ali Neft Məktəbində tələbə konfransları başa çatdı 19 Aprel 2019, 15:12 Goranboyda yeni yol… 19 Aprel 2019, 15:11 “Napoli – Arsenal” matçında maraqlı hadisə baş verib 19 Aprel 2019, 15:10 İngilislərin Avrokuboklarda hegomonluğu davam edir 19 Aprel 2019, 15:08 17 yaşlı azərbaycanlı tələbə 56 min dollar təqaüd alacaq? - Atası DANIŞDI 19 Aprel 2019, 15:07 İcra başçısı “açıq mikrofon”da 19 Aprel 2019, 14:50 1 ayda dövlət dəstəyi ilə 506 kənd təsərrüfatı texnikası satılıb   19 Aprel 2019, 14:44 Keçmiş REAL-çı İqbal Ağazadəni və İlqar Məmmədovu “topa tutdu” 19 Aprel 2019, 14:35 Ali məktəbi bitirirlər, müəllim ola bilmirlər – PROBLEM 19 Aprel 2019, 14:24 “Nar” korporativ müştərilərinə ödənişsiz MiFi cihazını təqdim edir 19 Aprel 2019, 14:09 İmamoğlu CHP-dən ayrılacaq? – CHP-li deputatdan açıqlama  19 Aprel 2019, 14:06 Dənizdən qadın meyiti tapıldı 19 Aprel 2019, 13:59 Kinomuzun bugününə baxış - Bu da FAKTLAR 19 Aprel 2019, 13:53 Koçaryan Avropa liderlərini köməyinə çağırdı 19 Aprel 2019, 13:34