Arxiv
19 mart 2019, 16:40 | AKTUAL
Heydər Əliyev Fondu kimsəsiz uşaqlara Novruz şənliyi keçirdi

Heydər Əliyev Fondunun təşəbbüsü ilə martın 19-da Talassemiya Mərkəzində, Buzovna qəsəbəsindəki 1 saylı psixonevroloji sosial xidmət müəssisəsində, Suraxanı rayonundakı 2 saylı, Nizami rayonundakı 1 saylı və Xətai rayonundakı 3 saylı uşaq evlərində Novruz bayramı münasibətilə şənliklər təşkil edilib.

 

Modern.az xəbər verir ki, sosial layihələri, böyüməkdə olan nəslin hərtərəfli qayğı ilə əhatə olunmasını fəaliyyətinin prioritet istiqamətləri kimi müəyyən edən Heydər Əliyev Fondu xüsusi qayğıya ehtiyacı olan və kimsəsiz uşaqlar üçün mütəmadi olaraq bayram şənlikləri keçirir. Ənənəyə sadiq qalan Fond bu təbəqədən olan uşaqlara növbəti dəfə sevinc bəxş etdi. İlaxır çərşənbəsi günündə təşkil edilən bayram şənliklərində balacalara əyləncəli proqramlar təqdim olundu. Onlara Novruz bayramının adət-ənənələri barədə məlumat verildi, viktorina və müxtəlif oyunlar keçirildi. Uşaqların sevincini bölüşmək, daim onların yanında olmaq kimi missiyanı üzərinə götürən Heydər Əliyev Fondunun təşkil etdiyi növbəti aksiya sayəsində balacalar daha bir mənalı və yaddaqalan gün yaşadılar.

Tədbirlərdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın gələcəyimiz olan uşaqlara diqqət və qayğısından danışıldı. Həmçinin Fondun vitse-prezidenti Leyla Əliyevanın valideyn himayəsindən məhrum, xüsusi qayğıya ehtiyacı olan uşaqlarla mütəmadi şəkildə görüşdüyü, onların təlim-tərbiyəsi ilə maraqlandığı, uşaqlar və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili üçün təşkil edilən müxtəlif tədbirlər və proqramlarda onlarla birgə olduğu qeyd edildi.

Bayram şənlikləri uşaqların rəngarəng çıxışları ilə davam etdi. Xüsusi qayğıya ehtiyacı olan uşaqlar da öz məharətlərini nümayiş etdirdilər, şeirlər söylədilər, mahnılar oxudular, səhnəciklər göstərdilər.

Daha sonra Heydər Əliyev Fondu tərəfindən bayram süfrəsi açıldı.

Şənliklərdə çıxış edən valideynlər, tərbiyəçi müəllimlər bu xeyirxah işlərin himayədarı olan Heydər Əliyev Fonduna və onun prezidenti Mehriban Əliyevaya, vitse-prezidenti Leyla Əliyevaya minnətdarlıqlarını bildirdilər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Leyla Əliyeva sağlamlıq imkanlarından məhdud gənclərin sərgisinə gəldi 19 Aprel 2019, 16:42 Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin işi barədə Fərman verildi 19 Aprel 2019, 16:35 Prezidentdən sərəncam - 1.9 milyon manat ayrıldı 19 Aprel 2019, 16:34 Bakı-Sumqayıt qatarının hərəkət qrafiki dəyişdirilir 19 Aprel 2019, 16:21 Ağac kəsənə 2960 manat cərimə   19 Aprel 2019, 16:19 Hansı deputatlar Milli Məclisin iclaslarına gəlmirlər... 19 Aprel 2019, 16:16 İki universitet Hesablama Palatasının ittihamlarına cavab verdi 19 Aprel 2019, 16:10 Nazirin qəbul vaxtı dəyişdirildi 19 Aprel 2019, 16:08 Universitetlərdə Keyfiyyət Təminatı Mərkəzləri yaradıla bilər 19 Aprel 2019, 15:54 Azərbaycanda hər il yeni quşlar AŞKARLANIR 19 Aprel 2019, 15:50 Maksim 400-cü oyununa övladları ilə çıxdı - FOTO 19 Aprel 2019, 15:46 İTV-nin aparıcısının bacısından sonra qardaşı da öldü - Ailə faciəsi 19 Aprel 2019, 15:39 Formula 1-i 90 jurnalist izləyəcək 19 Aprel 2019, 15:38 İcra başçısı problemləri dinlədi 19 Aprel 2019, 15:36 Ermənistanın Qarabağ iştahı artır - Arazboyu ərazilər məskunlaşdırılır 19 Aprel 2019, 15:32 ReAl partiyası parlament seçkilərinə hazırlığa başladı: “İki siyahı üzərində çalışırıq” - ŞƏRTLƏR 19 Aprel 2019, 15:17 Bakı Ali Neft Məktəbində tələbə konfransları başa çatdı 19 Aprel 2019, 15:12 Goranboyda yeni yol… 19 Aprel 2019, 15:11 “Napoli – Arsenal” matçında maraqlı hadisə baş verib 19 Aprel 2019, 15:10 İngilislərin Avrokuboklarda hegomonluğu davam edir 19 Aprel 2019, 15:08 17 yaşlı azərbaycanlı tələbə 56 min dollar təqaüd alacaq? - Atası DANIŞDI 19 Aprel 2019, 15:07 İcra başçısı “açıq mikrofon”da 19 Aprel 2019, 14:50 1 ayda dövlət dəstəyi ilə 506 kənd təsərrüfatı texnikası satılıb   19 Aprel 2019, 14:44 Keçmiş REAL-çı İqbal Ağazadəni və İlqar Məmmədovu “topa tutdu” 19 Aprel 2019, 14:35 Ali məktəbi bitirirlər, müəllim ola bilmirlər – PROBLEM 19 Aprel 2019, 14:24 “Nar” korporativ müştərilərinə ödənişsiz MiFi cihazını təqdim edir 19 Aprel 2019, 14:09 İmamoğlu CHP-dən ayrılacaq? – CHP-li deputatdan açıqlama  19 Aprel 2019, 14:06 Dənizdən qadın meyiti tapıldı 19 Aprel 2019, 13:59 Kinomuzun bugününə baxış - Bu da FAKTLAR 19 Aprel 2019, 13:53 Koçaryan Avropa liderlərini köməyinə çağırdı 19 Aprel 2019, 13:34