Arxiv
19 mart 2019, 17:45 | AKTUAL
Avropa Parlamentində ermənilərin daha bir cəhdi boşa çıxdı

2019-cu ilin 13 mart tarixində Avropa Parlamentinin (AP) Strasburqda plenar sessiyası baş tutub.


Modern.az-ın məlumatına görə, sessiya çərçivəsində Müdafiə və Təhlükəsizlik alt-Komitəsinin (SEDE) sədri Anna Fotiqanın (Avropa İslahatçıları və Mühafizəkarları siyasi qrupu, Polşa) müəllifi olduğu “Recommendation to the Vice President/High Representative of the Union for Foreign Affairs and Security Policy and to the Council on taking stock of the follow up taken by the EEAS two years after the EP Report on EU strategic communication to counteract propaganda against it by third parties”adlı və Hilde Vautmansın (Avropa Liberalları və Demokratları Alyansı, Belçika) müəllifi olduğu “Recommendation to the Council, Commission and the Vice-President of the Commission/High Representative of the Union for Foreign Affairs and Security Policy on the scope and mandate for EU Special Representatives” adlı hesabat layihələri qəbul edilib.


H.Vautmansın müəllifi olduğu hesabatın ilkin düzəlişlər layihəsində Azərbaycana dost olan deputatlarla aparılmış birgə iş nəticəsində ermənipərəst çevrələrin sənədin mətninə münaqişə ilə bağlı Azərbaycanın mövqeyinə zidd düzəlişlər (Dağlıq Qarabağ bölgəsi ayrıca olaraq vurğulanmaqla Avropa İttifaqının (Aİ) xüsusi nümayəndələrinin münaqişə bölgələrinə səfərlərinin təşviq olunmasına çağırış, “xalqların öz müqəddəratının təyin olunması” prinsipinə istinad edilməsi) təqdim etmək cəhdləri puça çıxıb.


AP-nin yazılı sual prosedurana uyğun olaraq AP-nin Danimarkadan olan üzvü, Xarici Əlaqələr Komitəsinin sədr müavini Anders Vistisen (Avropa Mühafizəkarları və İslahatçıları siyasi qrupu)  Parlamentin ermənipərəst digər 15 nəfər üzvünün imzası ilə birgə Aİ-nin Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə Xüsusi nümayəndəsinin və digər Aİ rəsmilərinin Dağlıq Qarabağa hansı səbəbdən səfər etmədiklərinə dair F.Moqeriniyə sual ünvanlayıb. F.Moqerini tərəfindən verilən cavabda isə Aİ-nin hər bir münaqişəyə spesifik yanaşıldığı və hər bir münaqişənin mövcud həll formatının özünə məxsusluğunun Aİ tərəfindən nəzərə alındığını bildirilib. Bu xüsusda, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kontekstində ATƏT-in Minsk qrupuna istinad edilərək, bu formatın münaqişə tərəflərinin qəbul edildiyi və Aİ tərəfindən dəstəkləndiyi qeyd edilib.


Sənədin yekun versiyasında Aİ-nin xarici siyasət üzrə doktrina sənədi olan Avropa  Qlobal Strategiyasında (AQS) əks olunan ümumi prinsiplərinə istinad edilib və münaqişələrin həlli ilə bağlı Aİ-nin bu prinsipləri rəhbər tutmasına dair öhdəliyi bir daha  qeyd edilir. AQS sənədində vurğulanır ki,  dövlətlərin ərazi bütövlüyü, suverenliyi, sərhədlərinin toxunulmazlığı və münaqişələrin sülh yolu ilə həlli Avropa təhlükəsizlik nizamının əsas elementləridir və bu prinsiplər Aİ sərhədləri daxilində və xaricində bütün dövlətlərə şamil edilir. AP-nin müvafiq sənədlərində AQS prinsiplərinə istinad edilməsi halları artmaqdadır və bu səpkidə olan konstruktiv yanaşma onu deməyə əsas verir ki, Aİ öz tərəfdaşlarına, xüsusilə də bu ölkələrdəki münaqişələr kontekstində yekdil mövqe göstərməyə çalışır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Leyla Əliyeva sağlamlıq imkanlarından məhdud gənclərin sərgisinə gəldi 19 Aprel 2019, 16:42 Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin işi barədə Fərman verildi 19 Aprel 2019, 16:35 Prezidentdən sərəncam - 1.9 milyon manat ayrıldı 19 Aprel 2019, 16:34 Bakı-Sumqayıt qatarının hərəkət qrafiki dəyişdirilir 19 Aprel 2019, 16:21 Ağac kəsənə 2960 manat cərimə   19 Aprel 2019, 16:19 Hansı deputatlar Milli Məclisin iclaslarına gəlmirlər... 19 Aprel 2019, 16:16 İki universitet Hesablama Palatasının ittihamlarına cavab verdi 19 Aprel 2019, 16:10 Nazirin qəbul vaxtı dəyişdirildi 19 Aprel 2019, 16:08 Universitetlərdə Keyfiyyət Təminatı Mərkəzləri yaradıla bilər 19 Aprel 2019, 15:54 Azərbaycanda hər il yeni quşlar AŞKARLANIR 19 Aprel 2019, 15:50 Maksim 400-cü oyununa övladları ilə çıxdı - FOTO 19 Aprel 2019, 15:46 İTV-nin aparıcısının bacısından sonra qardaşı da öldü - Ailə faciəsi 19 Aprel 2019, 15:39 Formula 1-i 90 jurnalist izləyəcək 19 Aprel 2019, 15:38 İcra başçısı problemləri dinlədi 19 Aprel 2019, 15:36 Ermənistanın Qarabağ iştahı artır - Arazboyu ərazilər məskunlaşdırılır 19 Aprel 2019, 15:32 ReAl partiyası parlament seçkilərinə hazırlığa başladı: “İki siyahı üzərində çalışırıq” - ŞƏRTLƏR 19 Aprel 2019, 15:17 Bakı Ali Neft Məktəbində tələbə konfransları başa çatdı 19 Aprel 2019, 15:12 Goranboyda yeni yol… 19 Aprel 2019, 15:11 “Napoli – Arsenal” matçında maraqlı hadisə baş verib 19 Aprel 2019, 15:10 İngilislərin Avrokuboklarda hegomonluğu davam edir 19 Aprel 2019, 15:08 17 yaşlı azərbaycanlı tələbə 56 min dollar təqaüd alacaq? - Atası DANIŞDI 19 Aprel 2019, 15:07 İcra başçısı “açıq mikrofon”da 19 Aprel 2019, 14:50 1 ayda dövlət dəstəyi ilə 506 kənd təsərrüfatı texnikası satılıb   19 Aprel 2019, 14:44 Keçmiş REAL-çı İqbal Ağazadəni və İlqar Məmmədovu “topa tutdu” 19 Aprel 2019, 14:35 Ali məktəbi bitirirlər, müəllim ola bilmirlər – PROBLEM 19 Aprel 2019, 14:24 “Nar” korporativ müştərilərinə ödənişsiz MiFi cihazını təqdim edir 19 Aprel 2019, 14:09 İmamoğlu CHP-dən ayrılacaq? – CHP-li deputatdan açıqlama  19 Aprel 2019, 14:06 Dənizdən qadın meyiti tapıldı 19 Aprel 2019, 13:59 Kinomuzun bugününə baxış - Bu da FAKTLAR 19 Aprel 2019, 13:53 Koçaryan Avropa liderlərini köməyinə çağırdı 19 Aprel 2019, 13:34