Arxiv
19 mart 2019, 17:54 | AKTUAL
Əli Əhmədov nazir və deputatları qocalar evinə apardı

Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi, Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, YAP icra katibinin müavinləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və millət vəkili Siyavuş Novruzov, Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, millət vəkilləri Eldar Quliyev, Dilarə Cəbrayılova və digərləri nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində keçirilən bayram tədbirində iştirak ediblər.  

Modern.az xəbər verir ki, onlar Novruz bayramı münasibətilə müəssisənin sakinlərini təbrik edib, onlara xoş arzularını çatdırıblar.

Ə.Əhmədov ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan uğurlu sosial siyasətin Prezident cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə davam və inkişaf etdirildiyini, bu siyasətin mərkəzində insan amilinin dayandığını vurğulayıb. Ə.Əhmədov bildirib ki, bunun nəticəsi olaraq, ölkədə dinamik iqtisadi inkişaf prosesləri vətəndaşların rifah halının yaxşılaşdırılması istiqamətində mühüm irəliləyişlərin əldə olunması ilə nəticələnir. 2019-cu ilin ötən dövründə dövlət başçısının imzaladığı Fərman və Sərəncamlar da əhalinin sosial müdafiəsinin gücləndirilməsində inqilabi addımlardır. Eyni zamanda, dövlət himayəsində yaşayan tənha yaşlı və ahıl insanların normal yaşayış şəraiti, onların etibarlı sosial müdafiəsi təmin olunur.

Ə.Əhmədov yaşlı nəslə, ahıllara həmişə diqqət və qayğı göstərilməsi işlərində YAP-ın da da fəal iştirak etdiyini, Partiyanın tez-tez bu müəssisədə görüşlər keçirdiyini və burada yaşayanlara öz dəstəyini göstərdiyini deyib.

S.Babayev vurğulayıb ki, ulu öndər Heydər Əliyev tərəfindən bu müəssisədə yaşayan ahıl insanlara daim diqqət və qayğı ilə yanaşılıb və Prezident cənab İlham Əliyevin uğurlu sosial siyasəti bütün həssas qruplar kimi, tənha ahıl  vətəndaşların da rifah halının yaxşılaşdırılması tədbirlərinin ildən-ilə güclənməsinə səbəb olub. Son illərdə dövlət başçısının tapşırığı ilə Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində müasir tələblərə uyğun şərait yaradılmaqla, burada yeni ikinci korpus tikilib. Prezident cənab İlham Əliyev və xanımı Mehriban Əliyeva həmin korpusun açılışında iştirak edərək, buradakı yaşlı, ahıl insanlarla görüşüb, onlarla həmsöhbət olublar. Bu da ahıl insanlara yüksək qayğının, hörmət və ehtramın bir nümunəsidir.

Nazir Prezident cənab İlham Əliyev tərəfindən cari ildə imzalanan fərman və sərəncamların həssas qruplara dövlət qayğısının əhəmiyyətli şəkildə artmasına imkan verdiyini vurğulayıb. O bildirib ki, eyni zamanda, pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi, pensiya təminatının yaxşılaşdırılması, pensiyaların ciddi şəkildə artırılması istiqamətində əhəmiyyətli addımlar atılıb. Həyata keçirilən bu mühüm sosial müdafiə tədbirləri vətəndaşlarımızın Novruz bayramını daha nikbin duyğularla qarşılamasına, bayram əhvali-ruhiyyəsinin xeyli artmasına səbəb olub. Bütün bunlar bir daha göstərir ki, dövlət başçısının apardığı siyasət Azərbaycan vətəndaşının, o cümlədən yaşlı, ahıl insanların layiqli yaşayış səviyyəsinin təminatına xidmət edir.

Hazırda 230 nəfərin yaşadığı müəssisənin sakinləri ürək sözlərini bildirərək, onlara göstərilən yüksək qayğıya, sosial müdafiə tədbirlərinin, pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi üçün atılan mühüm addımlara, eyni zamanda,  dövlətin himayəsində yaşayan yaşlı, ahıl insanlar üçün yaradılan müasir, rahat şəraitə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Leyla Əliyeva sağlamlıq imkanlarından məhdud gənclərin sərgisinə gəldi 19 Aprel 2019, 16:42 Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin işi barədə Fərman verildi 19 Aprel 2019, 16:35 Prezidentdən sərəncam - 1.9 milyon manat ayrıldı 19 Aprel 2019, 16:34 Bakı-Sumqayıt qatarının hərəkət qrafiki dəyişdirilir 19 Aprel 2019, 16:21 Ağac kəsənə 2960 manat cərimə   19 Aprel 2019, 16:19 Hansı deputatlar Milli Məclisin iclaslarına gəlmirlər... 19 Aprel 2019, 16:16 İki universitet Hesablama Palatasının ittihamlarına cavab verdi 19 Aprel 2019, 16:10 Nazirin qəbul vaxtı dəyişdirildi 19 Aprel 2019, 16:08 Universitetlərdə Keyfiyyət Təminatı Mərkəzləri yaradıla bilər 19 Aprel 2019, 15:54 Azərbaycanda hər il yeni quşlar AŞKARLANIR 19 Aprel 2019, 15:50 Maksim 400-cü oyununa övladları ilə çıxdı - FOTO 19 Aprel 2019, 15:46 İTV-nin aparıcısının bacısından sonra qardaşı da öldü - Ailə faciəsi 19 Aprel 2019, 15:39 Formula 1-i 90 jurnalist izləyəcək 19 Aprel 2019, 15:38 İcra başçısı problemləri dinlədi 19 Aprel 2019, 15:36 Ermənistanın Qarabağ iştahı artır - Arazboyu ərazilər məskunlaşdırılır 19 Aprel 2019, 15:32 ReAl partiyası parlament seçkilərinə hazırlığa başladı: “İki siyahı üzərində çalışırıq” - ŞƏRTLƏR 19 Aprel 2019, 15:17 Bakı Ali Neft Məktəbində tələbə konfransları başa çatdı 19 Aprel 2019, 15:12 Goranboyda yeni yol… 19 Aprel 2019, 15:11 “Napoli – Arsenal” matçında maraqlı hadisə baş verib 19 Aprel 2019, 15:10 İngilislərin Avrokuboklarda hegomonluğu davam edir 19 Aprel 2019, 15:08 17 yaşlı azərbaycanlı tələbə 56 min dollar təqaüd alacaq? - Atası DANIŞDI 19 Aprel 2019, 15:07 İcra başçısı “açıq mikrofon”da 19 Aprel 2019, 14:50 1 ayda dövlət dəstəyi ilə 506 kənd təsərrüfatı texnikası satılıb   19 Aprel 2019, 14:44 Keçmiş REAL-çı İqbal Ağazadəni və İlqar Məmmədovu “topa tutdu” 19 Aprel 2019, 14:35 Ali məktəbi bitirirlər, müəllim ola bilmirlər – PROBLEM 19 Aprel 2019, 14:24 “Nar” korporativ müştərilərinə ödənişsiz MiFi cihazını təqdim edir 19 Aprel 2019, 14:09 İmamoğlu CHP-dən ayrılacaq? – CHP-li deputatdan açıqlama  19 Aprel 2019, 14:06 Dənizdən qadın meyiti tapıldı 19 Aprel 2019, 13:59 Kinomuzun bugününə baxış - Bu da FAKTLAR 19 Aprel 2019, 13:53 Koçaryan Avropa liderlərini köməyinə çağırdı 19 Aprel 2019, 13:34