Arxiv
19 mart 2019, 18:48 | AKTUAL
Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirilib

Məcburi köçkünlərin yaşadıqları qəsəbələrdə Novruz bayramı münasibətilə tədbirlər keçirilib.

 

Abşeron rayonunda yeni istifadəyə verilmiş 1000 ailəlik yaşayış kompleksində keçirilən ilk Novruz şənliyində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Məcburi Köçkünlərin Sosial İnkişafı Fondunun direktoru, millət vəkili Mahir Abbaszadə, Milli Məclisin deputatı İmamverdi İsmayılov, Qubadlı rayon icra hakimiyyətinin başçısı Malik İsaqov və digər rəsmi şəxslər iştirak ediblər.

 

Novruz bayramı münasibəti ilə sakinləri təbrik edən Dövlət Komitəsinin sədri ölkə rəhbərliyinin məcburi köçkünlərə böyük diqqət və qayğı göstərdiyini vurğulayıb, müasir tipli  yeni qəsəbənin də bunun növbəti təzahürü olduğunu bildirib. Prezident İlham Əliyevin məqsədyönlü, qətiyyətli siyasəti nəticəsində torpaqlarımızın tezliklə işğaldan azad ediləcəyinə, həmin ərazilərdə də Novruz tonqallarının qalanacağına əminlik ifadə olunub. Bildirilib ki, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın xalqımızın əziz bayramı kimi Novruzun beynəlxalq səviyyədə tanınmasında və qeyd edilməsində mühüm xidməti vardır.

 

Qubadlı rayon icra hakimiyyətinin başçısı məcburi köçkünləri bayram münasibətilə  təbrik edib, onlara can sağlığı, firavanlıq arzu edib.

 

Qubadlı rayonu Mirağa Əliyev adına Hal kənd tam orta məktəbində keçirilən tədbirdə məcburi köçkünlərin əl işlərindən ibarət sərgi, qədim məişət əşyaları və eksponatlar nümayiş olunub. İdmançı gənclərin çıxışları da maraqla qarşılanıb .

Tədbir konsert proqramı ilə davam edib.

Bakının Ramana qəsəbəsində yerləşən məcburi köçkün şəhərciyində isə Şuşa Şəhər Icra Hakimiyyətinin və şəhər Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə bayram şənliyi keçirilib.

Şəhərcikdə məskunlaşmış məcburi köçkünləri bayram münasibəti ilə təbrik edilib. Ölkəmizə əmin-amanlıq, əhaliyə bol ruzi-bərəkət arzu edilib. Milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində Prezident cənab İlham Əliyev tərəfindən aparılan məqsədyönlü dövlət siyasətindən, Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın bu sahədəki xidmətlərindən söz açılıb,  Novruz bayramını xalqımızın tezliklə Şuşada da qeyd edəcəyinə inan ifadə olunub.

Tədbir Şuşa rayon Mədəniyyət Mərkəzinin kollektivinin konsert proqramı ilə davam edib.

Gəncə şəhərində məcburi köçkünlər üçün salınmış qəsəbədə də Novruz şənliyi keçirilib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi, Kəlbəcər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən şənlikdə Dövlət Komitəsinin Məskunlaşma, miqrasiya, məşğulluq və status şöbəsinin müdiri Sənan Hüseynov, Kəlbəcər rayon icra hakimiyyətinin başçısı Aqil Məmmədov,  yerli ziyalılar və ictimai fəallar iştirak ediblər.

Milli geyimli 5 çapar qəsəbənin bütün əhalisini bayram tədbirinin keçiriləcəyi əraziyə dəvət edib. Burada şənlik iştirakçılarını Dədə Qorqud və Bahar qız qarşılayıblar. Kosa və Keçəl duzlu-məzəli söhbətləri və zarafatları ilə tədbiri şənləndiriblər.

Tədbir iştirakçıları məcburi köçkünlərə məxsus əl işlərindən ibarət sərgiyə, tətbiqi sənət nümunələrinə baxıb, xalq adət-ənənələrini nümayişinə tamaşa ediblər.

 

Bundan başqa qəsəbədə yerləşən idarə, müəssisə və təşkilatların kollektivlərinin  hər biri özünün Novruz süfrəsini hazırlayıb. Tədbir iştirakçıları bayram şirniyyyatları və təamlarından dadıblar. Novruz bayramının adətlərindən olan xoruz döyüşdürmək, ənzəli və dirədöymə oyunları böyük maraqla qarşılanıb.

 

Tədbir Muğam Televiziya Müsabiqəsi qaliblərinin və Kəlbəcər aşıqlarının konsert proqramı ilə başa çatıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ağac kəsənə 2960 manat cərimə   19 Aprel 2019, 16:19 Hansı deputatlar Milli Məclisin iclaslarına gəlmirlər... 19 Aprel 2019, 16:16 İki universitet Hesablama Palatasının ittihamlarına cavab verdi 19 Aprel 2019, 16:10 Nazirin qəbul vaxtı dəyişdirildi 19 Aprel 2019, 16:08 Universitetlərdə Keyfiyyət Təminatı Mərkəzləri yaradıla bilər 19 Aprel 2019, 15:54 Azərbaycanda hər il yeni quşlar AŞKARLANIR 19 Aprel 2019, 15:50 Maksim 400-cü oyununa övladları ilə çıxdı - FOTO 19 Aprel 2019, 15:46 İTV-nin aparıcısının bacısından sonra qardaşı da öldü - Ailə faciəsi 19 Aprel 2019, 15:39 Formula 1-i 90 jurnalist izləyəcək 19 Aprel 2019, 15:38 İcra başçısı problemləri dinlədi 19 Aprel 2019, 15:36 Ermənistanın Qarabağ iştahı artır - Arazboyu ərazilər məskunlaşdırılır 19 Aprel 2019, 15:32 ReAl partiyası parlament seçkilərinə hazırlığa başladı: “İki siyahı üzərində çalışırıq” - ŞƏRTLƏR 19 Aprel 2019, 15:17 Bakı Ali Neft Məktəbində tələbə konfransları başa çatdı 19 Aprel 2019, 15:12 Goranboyda yeni yol… 19 Aprel 2019, 15:11 “Napoli – Arsenal” matçında maraqlı hadisə baş verib 19 Aprel 2019, 15:10 İngilislərin Avrokuboklarda hegomonluğu davam edir 19 Aprel 2019, 15:08 17 yaşlı azərbaycanlı tələbə 56 min dollar təqaüd alacaq? - Atası DANIŞDI 19 Aprel 2019, 15:07 İcra başçısı “açıq mikrofon”da 19 Aprel 2019, 14:50 1 ayda dövlət dəstəyi ilə 506 kənd təsərrüfatı texnikası satılıb   19 Aprel 2019, 14:44 Keçmiş REAL-çı İqbal Ağazadəni və İlqar Məmmədovu “topa tutdu” 19 Aprel 2019, 14:35 Ali məktəbi bitirirlər, müəllim ola bilmirlər – PROBLEM 19 Aprel 2019, 14:24 “Nar” korporativ müştərilərinə ödənişsiz MiFi cihazını təqdim edir 19 Aprel 2019, 14:09 İmamoğlu CHP-dən ayrılacaq? – CHP-li deputatdan açıqlama  19 Aprel 2019, 14:06 Dənizdən qadın meyiti tapıldı 19 Aprel 2019, 13:59 Kinomuzun bugününə baxış - Bu da FAKTLAR 19 Aprel 2019, 13:53 Koçaryan Avropa liderlərini köməyinə çağırdı 19 Aprel 2019, 13:34 Qaz və işıq limiti ləğv oluna bilər - Nazirliyin İşçi Qrupu məsələyə baxacaq 19 Aprel 2019, 13:34 DİM 9-cu sinifdən kolleclərə qəbulun şərtlərini ELAN ETDİ 19 Aprel 2019, 13:23 Azərbaycan-Gürcüstan enerji sistemi - işçi qrupun iclası oldu   19 Aprel 2019, 13:22 Sədr müavini: “Avropa mifini özümüz yaratmışıq, özümüz də dağıtmalıyıq”   19 Aprel 2019, 13:17