Arxiv
19 mart 2019, 20:16 | AKTUAL
“Azərbaycanla Aİ arasında məsləhətləşmələr ayın sonunda keçiriləcək” - Mahmud Məmmədquliyev

“Azərbaycanla Avropa İttifaqı arasında strateji tərəfdaşlıqla bağlı əhatəli sazişə dair növbəti məsləhətləşmələr mart ayının sonunda keçiriləcək”.  

Modern.az xəbər verir ki, bu barədə  “Report”a xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev məlumat verib.

 

O, görüş zamanı siyasət, təhlükəsizlik, ticarət və sərmayə məsələlərinin müzakirə olunacağını bildirib.

 

Sazişin bu ilin mart ayınadək razılaşdırıla biləcəyi barədə daha əvvəl səsləndirilmiş ehtimallara baxmayaraq, M.Məmmədquliyev həm Azərbaycan, həm də Avropa İttifaqının maraqlarına uyğun gələcək keyfiyyətli sənəd ərsəyə gətirməyi ən mühüm məsələ olaraq gördüklərini qeyd edib: “Saziş üzərində çalışmağa davam edir, müzakirələri video-konfranslar, Bakı və Brüsseldə görüşlər şəklində aparırıq”.

 

Qeyd edək ki, Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini də bu günlərdə İttifaqla Azərbaycan arasındakı danışıqların həlledici mərhələyə qədəm qoyduğunu bildirmişdi: “Aramızdakı münasibətlərin bütün tərəflərini ehtiva etməklə həm Avropa İttifaqı, həm də Azərbaycan vətəndaşlarına fayda verəcək müasir saziş ərsəyə gətirmək üçün çalışmağa davm edəcəyik”. F.Mogerini Azərbaycanın regionda başlıca tərəfdaşları olduğunu da vurğulayıb.

 

Xatırladaq ki, 2015-ci ildə Avropa Qonşuluq Siyasətinin sənədində təsbit olunan prinsiplərə əsaslanacaq yeni saziş Aİ ilə Azərbaycan arasındakı siyasi dialoq və qarşılıqlı faydalı əməkdaşlıq üçün yeni zəmin təşkil edəcək. Yeni sənəd həmçinin Azərbaycan qanunlarını Aİ-nin başlıca beynəlxalq siyasət və ticarət standartlarına uyğunlaşdıracaq, bununla da Azərbaycan məhsullarının Aİ bazarına çıxmasına daha geniş imkanlar açacaq.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycan hərbçiləri NATO-nun təlimində iştirak edib 19 Aprel 2019, 17:10 Leyla Əliyeva sağlamlıq imkanlarından məhdud gənclərin sərgisinə gəldi 19 Aprel 2019, 16:42 Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin işi barədə Fərman verildi 19 Aprel 2019, 16:35 Prezidentdən sərəncam - 1.9 milyon manat ayrıldı 19 Aprel 2019, 16:34 Bakı-Sumqayıt qatarının hərəkət qrafiki dəyişdirilir 19 Aprel 2019, 16:21 Ağac kəsənə 2960 manat cərimə   19 Aprel 2019, 16:19 Hansı deputatlar Milli Məclisin iclaslarına gəlmirlər... 19 Aprel 2019, 16:16 İki universitet Hesablama Palatasının ittihamlarına cavab verdi 19 Aprel 2019, 16:10 Nazirin qəbul vaxtı dəyişdirildi 19 Aprel 2019, 16:08 Universitetlərdə Keyfiyyət Təminatı Mərkəzləri yaradıla bilər 19 Aprel 2019, 15:54 Azərbaycanda hər il yeni quşlar AŞKARLANIR 19 Aprel 2019, 15:50 Maksim 400-cü oyununa övladları ilə çıxdı - FOTO 19 Aprel 2019, 15:46 İTV-nin aparıcısının bacısından sonra qardaşı da öldü - Ailə faciəsi 19 Aprel 2019, 15:39 Formula 1-i 90 jurnalist izləyəcək 19 Aprel 2019, 15:38 İcra başçısı problemləri dinlədi 19 Aprel 2019, 15:36 Ermənistanın Qarabağ iştahı artır - Arazboyu ərazilər məskunlaşdırılır 19 Aprel 2019, 15:32 ReAl partiyası parlament seçkilərinə hazırlığa başladı: “İki siyahı üzərində çalışırıq” - ŞƏRTLƏR 19 Aprel 2019, 15:17 Bakı Ali Neft Məktəbində tələbə konfransları başa çatdı 19 Aprel 2019, 15:12 Goranboyda yeni yol… 19 Aprel 2019, 15:11 “Napoli – Arsenal” matçında maraqlı hadisə baş verib 19 Aprel 2019, 15:10 İngilislərin Avrokuboklarda hegomonluğu davam edir 19 Aprel 2019, 15:08 17 yaşlı azərbaycanlı tələbə 56 min dollar təqaüd alacaq? - Atası DANIŞDI 19 Aprel 2019, 15:07 İcra başçısı “açıq mikrofon”da 19 Aprel 2019, 14:50 1 ayda dövlət dəstəyi ilə 506 kənd təsərrüfatı texnikası satılıb   19 Aprel 2019, 14:44 Keçmiş REAL-çı İqbal Ağazadəni və İlqar Məmmədovu “topa tutdu” 19 Aprel 2019, 14:35 Ali məktəbi bitirirlər, müəllim ola bilmirlər – PROBLEM 19 Aprel 2019, 14:24 “Nar” korporativ müştərilərinə ödənişsiz MiFi cihazını təqdim edir 19 Aprel 2019, 14:09 İmamoğlu CHP-dən ayrılacaq? – CHP-li deputatdan açıqlama  19 Aprel 2019, 14:06 Dənizdən qadın meyiti tapıldı 19 Aprel 2019, 13:59 Kinomuzun bugününə baxış - Bu da FAKTLAR 19 Aprel 2019, 13:53