Arxiv
19 mart 2019, 21:19 | AKTUAL
İlham Əliyev: “Bizim tariximiz qorunur, tarixi abidələr bərpa olunur”

“Bizim tariximiz qorunur, tarixi abidələr bərpa olunur və İçərişəhər öz gözəl simasını saxlayır. İçərişəhər bizim tarixi yerimizdir. Bilirsiniz, bir neçə ildir ki, İçərişəhərin xüsusi statusu var, burada xüsusi idarəetmə yaradılıbdır. Bizim tariximiz qorunur, tarixi abidələr bərpa olunur və İçərişəhər öz gözəl simasını saxlayır. Dünyada belə böyük şəhərlər o qədər də çox deyil”. Modern.az xəbər verir ki, bunu Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyində iştirak edən Prezident İlham Əliyev İçərişəhərdə sakinlərlə çay süfrəsi arxasında söhbəti zamanı bildirib.

 

Dövlət başçısı qeyd edib ki, bir neçə ölkədə belə qədim yaşayış yerləri bizdəki kimi dövlət tərəfindən qorunur: “O cümlədən Avropa və Asiya ölkələrində bu cür şəhərlər var. Amma İçərişəhərin xüsusi aurası, xüsusi cəlbedici gücü var. Adam buraya gələndə getmək istəmir. Çox şadam ki, son illər ərzində burada abadlıq işləri aparılır. Amma əsas odur ki, bu tarixi sima qorunur. Demək olar ki, indi buraya hər gün turistlər gəlir”.

 

İlham Əliyev bildirib ki, burada həm yaşamaq üçün şərait yaradılıb, həm də ki, ictimai yerlər: “Bu gözəl şərait turistləri cəlb edir. İçərişəhərdə tarixi binalar təmir olundu. Onların bir çoxu köhnəlmişdi, sıradan çıxmışdı. İçərişəhər dünya miqyasında nadir bir yerdir”.

 

Prezident vaxtilə İçərişəhərin sakinlərinin köçürülməsi ilə bağlı təkliflərin qəti şəkildə əleyhinə olduğunu deyib: “Çünki İçərişəhəri yaşadan burada yaşayan insanlardır. Yəni, bu, muzey deyil, bu, yaşayış yeridir. İçərişəhərlilər, onlara xas olan həyat tərzi, mədəniyyət – bunlar bizim böyük sərvətimizdir. İçərişəhərin üstünlüyü ondadır ki, qədim dövrlərdən burada insanlar yaşayır, nəsillər gəlir, gedir. Eyni zamanda, bu, açıq səma altında bir muzeydir. Bəzi ölkələrdə belə qədim yerlər sadəcə olaraq görüntü naminə saxlanılır, turistlər gəlirlər, gəzirlər, çay, qəhvə içib gedirlər. Amma İçərişəhərdə insanlar yaşayır. Əlbəttə ki, burada yaşayan insanlar üçün yaxşı şərait yaradılıb”.

 

Dövlət başçısı Azərbaycana gələn turistlərin daha da çoxalacağını vurğulayıb: “2016-cı ildən başlayaraq turistlərin sayı hər il artır. Əsas artım 2016-cı ildə başladı. Həmin il 22 faiz artım oldu. Ondan sonra daha 20 faiz artdı. Keçən il isə artım təqribən 5 faiz olub”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin işi barədə Fərman verildi 19 Aprel 2019, 16:35 Prezidentdən sərəncam - 1.9 milyon manat ayrıldı 19 Aprel 2019, 16:34 Bakı-Sumqayıt qatarının hərəkət qrafiki dəyişdirilir 19 Aprel 2019, 16:21 Ağac kəsənə 2960 manat cərimə   19 Aprel 2019, 16:19 Hansı deputatlar Milli Məclisin iclaslarına gəlmirlər... 19 Aprel 2019, 16:16 İki universitet Hesablama Palatasının ittihamlarına cavab verdi 19 Aprel 2019, 16:10 Nazirin qəbul vaxtı dəyişdirildi 19 Aprel 2019, 16:08 Universitetlərdə Keyfiyyət Təminatı Mərkəzləri yaradıla bilər 19 Aprel 2019, 15:54 Azərbaycanda hər il yeni quşlar AŞKARLANIR 19 Aprel 2019, 15:50 Maksim 400-cü oyununa övladları ilə çıxdı - FOTO 19 Aprel 2019, 15:46 İTV-nin aparıcısının bacısından sonra qardaşı da öldü - Ailə faciəsi 19 Aprel 2019, 15:39 Formula 1-i 90 jurnalist izləyəcək 19 Aprel 2019, 15:38 İcra başçısı problemləri dinlədi 19 Aprel 2019, 15:36 Ermənistanın Qarabağ iştahı artır - Arazboyu ərazilər məskunlaşdırılır 19 Aprel 2019, 15:32 ReAl partiyası parlament seçkilərinə hazırlığa başladı: “İki siyahı üzərində çalışırıq” - ŞƏRTLƏR 19 Aprel 2019, 15:17 Bakı Ali Neft Məktəbində tələbə konfransları başa çatdı 19 Aprel 2019, 15:12 Goranboyda yeni yol… 19 Aprel 2019, 15:11 “Napoli – Arsenal” matçında maraqlı hadisə baş verib 19 Aprel 2019, 15:10 İngilislərin Avrokuboklarda hegomonluğu davam edir 19 Aprel 2019, 15:08 17 yaşlı azərbaycanlı tələbə 56 min dollar təqaüd alacaq? - Atası DANIŞDI 19 Aprel 2019, 15:07 İcra başçısı “açıq mikrofon”da 19 Aprel 2019, 14:50 1 ayda dövlət dəstəyi ilə 506 kənd təsərrüfatı texnikası satılıb   19 Aprel 2019, 14:44 Keçmiş REAL-çı İqbal Ağazadəni və İlqar Məmmədovu “topa tutdu” 19 Aprel 2019, 14:35 Ali məktəbi bitirirlər, müəllim ola bilmirlər – PROBLEM 19 Aprel 2019, 14:24 “Nar” korporativ müştərilərinə ödənişsiz MiFi cihazını təqdim edir 19 Aprel 2019, 14:09 İmamoğlu CHP-dən ayrılacaq? – CHP-li deputatdan açıqlama  19 Aprel 2019, 14:06 Dənizdən qadın meyiti tapıldı 19 Aprel 2019, 13:59 Kinomuzun bugününə baxış - Bu da FAKTLAR 19 Aprel 2019, 13:53 Koçaryan Avropa liderlərini köməyinə çağırdı 19 Aprel 2019, 13:34 Qaz və işıq limiti ləğv oluna bilər - Nazirliyin İşçi Qrupu məsələyə baxacaq 19 Aprel 2019, 13:34