Arxiv
19 mart 2019, 22:07 | AKTUAL
Zurabişvili azərbaycanlıların kəndinə gəldi

Gürcüstanın Kvemo Kartli bölgəsi çoxmillətli bölgədir. Bu bölgədə yaşayan milli azlıqların cəmiyyətə inteqrasiyası çox vacibdir. Bunun üçün onlar dövlət dilini bilməli və biz onların gürcü dilini öyrənmələri üsullarını asanlaşdırmalıyıq.

Modern.az “Azərtac”a istinadən xəbər verir ki, bu sözləri Gürcüstan Prezidenti Salome Zurabişvili martın 19-da azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonuna səfəri çərçivəsində keçirdiyi görüşdə söyləyib. Dövlət başçısı deyib ki, Marneulidə gürcülərin, azərbaycanlıların və digər millətlərin birgə yaşaması faktı Qafqazın ümumi dəyəri olan bu ölkədə sülh, qarşılıqlı anlaşma, hörmət və tolerantlığın nümunəsidir.

 

Məlumat üçün qeyd edək ki, prezident seçildikdən sonra bölgəyə ilk dəfə səfər edən Salome Zurabişvili Marneuli meriyasında Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili, merin vəzifələrini müvəqqəti icra edən Zaur Tabatadze, bələdiyyə sədri Amiran Giorgaze və yerli bələdiyyənin digər məsul şəxsləri ilə görüşüb.

 

Ölkə başçısı Marneulidəki Zurab Jvania adına gürcü dili tədris mərkəzinə baş çəkib və oradakı tələbələrin dərsləri ilə yaxından tanış olub. Prezident tələbələrlə söhbəti zamanı Kvemo Kartli bölgəsinin böyük potensiala malik olduğunu deyib.

 

Sonra Prezident Marneuli rayonunun Tamarisi kəndindəki 1 nömrəli məktəbin müəllim və şagirdləri ilə görüşüb. O, şagirdlərə müraciət edərək gürcü dilinin əhəmiyyətindən danışıb. Bildirib ki, bütün şagirdlər gürcü dilini mükəmməl səviyyədə bilməlidirlər. Burada azərbaycanlılar və gürcülər, eləcə də digər millətlər tolerant yaşamalıdır. Bu gün tolerantlığı bir dəyər kimi qorumaq çox vacibdir.

 

Sonra Gürcüstan Prezidenti Bolnisi rayonuna gedib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Leyla Əliyeva sağlamlıq imkanlarından məhdud gənclərin sərgisinə gəldi 19 Aprel 2019, 16:42 Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin işi barədə Fərman verildi 19 Aprel 2019, 16:35 Prezidentdən sərəncam - 1.9 milyon manat ayrıldı 19 Aprel 2019, 16:34 Bakı-Sumqayıt qatarının hərəkət qrafiki dəyişdirilir 19 Aprel 2019, 16:21 Ağac kəsənə 2960 manat cərimə   19 Aprel 2019, 16:19 Hansı deputatlar Milli Məclisin iclaslarına gəlmirlər... 19 Aprel 2019, 16:16 İki universitet Hesablama Palatasının ittihamlarına cavab verdi 19 Aprel 2019, 16:10 Nazirin qəbul vaxtı dəyişdirildi 19 Aprel 2019, 16:08 Universitetlərdə Keyfiyyət Təminatı Mərkəzləri yaradıla bilər 19 Aprel 2019, 15:54 Azərbaycanda hər il yeni quşlar AŞKARLANIR 19 Aprel 2019, 15:50 Maksim 400-cü oyununa övladları ilə çıxdı - FOTO 19 Aprel 2019, 15:46 İTV-nin aparıcısının bacısından sonra qardaşı da öldü - Ailə faciəsi 19 Aprel 2019, 15:39 Formula 1-i 90 jurnalist izləyəcək 19 Aprel 2019, 15:38 İcra başçısı problemləri dinlədi 19 Aprel 2019, 15:36 Ermənistanın Qarabağ iştahı artır - Arazboyu ərazilər məskunlaşdırılır 19 Aprel 2019, 15:32 ReAl partiyası parlament seçkilərinə hazırlığa başladı: “İki siyahı üzərində çalışırıq” - ŞƏRTLƏR 19 Aprel 2019, 15:17 Bakı Ali Neft Məktəbində tələbə konfransları başa çatdı 19 Aprel 2019, 15:12 Goranboyda yeni yol… 19 Aprel 2019, 15:11 “Napoli – Arsenal” matçında maraqlı hadisə baş verib 19 Aprel 2019, 15:10 İngilislərin Avrokuboklarda hegomonluğu davam edir 19 Aprel 2019, 15:08 17 yaşlı azərbaycanlı tələbə 56 min dollar təqaüd alacaq? - Atası DANIŞDI 19 Aprel 2019, 15:07 İcra başçısı “açıq mikrofon”da 19 Aprel 2019, 14:50 1 ayda dövlət dəstəyi ilə 506 kənd təsərrüfatı texnikası satılıb   19 Aprel 2019, 14:44 Keçmiş REAL-çı İqbal Ağazadəni və İlqar Məmmədovu “topa tutdu” 19 Aprel 2019, 14:35 Ali məktəbi bitirirlər, müəllim ola bilmirlər – PROBLEM 19 Aprel 2019, 14:24 “Nar” korporativ müştərilərinə ödənişsiz MiFi cihazını təqdim edir 19 Aprel 2019, 14:09 İmamoğlu CHP-dən ayrılacaq? – CHP-li deputatdan açıqlama  19 Aprel 2019, 14:06 Dənizdən qadın meyiti tapıldı 19 Aprel 2019, 13:59 Kinomuzun bugününə baxış - Bu da FAKTLAR 19 Aprel 2019, 13:53 Koçaryan Avropa liderlərini köməyinə çağırdı 19 Aprel 2019, 13:34