Modern.az

Ötən il Azərbaycanda 1286 minik avtomobili istehsal edilib

Ötən il Azərbaycanda 1286 minik avtomobili istehsal edilib

20 Mart 2019, 10:51

Azərbaycanda 2018-ci ildə avtomobil müəssisələri tərəfindən 1286 minik avtomobili istehsal edilib.

 

Modern.az-ın Trend-ə istinadən məlumatına görə, ötən il Neftçala və Naxçıvan avtomobil zavodlarında 1008 ədəd “Khazar” və 278 ədəd “Nazlifan” markalı minik avtomobili istehsal edilib.

 

Ötən il ərzində Gəncə Avtomobil Zavodunda 1303 ədəd traktor MTZ, 697 ədəd traktor qoşqusu, 100 ədəd URAL, 58 ədəd KAMAZ, 9 ədəd HALLER məişət tulantıları daşıyan maşın istehsal edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır