Arxiv
20 mart 2019, 11:47 | AKTUAL
Elmar Məmmədyarov Çilidə Dağlıq Qarabağ münaqişəsindən danışdı
Xarici işlər naziri Elmar Məmmədyarov Çili Respublikasına rəsmi səfəri çərçivəsində Çili Milli Konqresində bir sıra görüşlər keçirib.

 

Modern.az xəbər verir ki, Çili Senatının sədri Xaime Kintana, Senatın Xarici Əlaqələr Komitəsinin sədri Xose Miqel İnsulza, Çili-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Fransisko Çauan və qrupun digər üzvləri ilə keçirilən görüşlərdə Azərbaycan və Çili arasında dostluq münasibətlərinin inkişaf etməkdə olduğu, qarşılıqlı olaraq diplomatik təmsilçiliklərin fəaliyyət göstərdiyi vurğulanıb. Görüşlərdə iqtisadi-ticarət, enerji, kənd təsərrüfatı, sərmayə qoyuluşu, nəqliyyat, mədəni-humanitar, təhsil və digər sahələrdə əlaqələrin inkişaf etdirilməsi üçün geniş potensialın olduğu qeyd edilərək, ikitərəfli münasibətlərin, eyni zamanda xalqlarımız arasında əlaqələrin gücləndirilməsində parlamentlərarası dostluq qruplarının fəaliyyətinin əhəmiyyətindən bəhs olunub.

 

Nazir E.Məmmədyarov Azərbaycan və Çilinin beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq etdiyini, beynəlxalq gündəlikdə duran əksər məsələlərdə mövqelərinin üst-üstə düşdüyünü bildirib. Bu konteksdə, hər iki ölkənin Qoşulmama Hərəkatının üzvü olduğunu vurğulayaraq, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində cari ilin oktyabr ayında hərəkatın Bakıda Zirvə Toplantısının keçiriləcəyini və Çili tərəfinin də bu əhəmiyyətli tədbirə dəvət olunduğunu qeyd edib.

 

Daha sonra E.Məmmədyarov Çili Deputatlar Palatasının Xarici Əlaqələr Komitəsinin gündəlik sessiyasında iştirak edərək komitənin sədri, Çili-Azərbaycan parlamentlərarası dostluq qrupunun vitse-prezidenti Pablo Vidal və komitənin və dostluq qrupunun digər üzvləri ilə görüşüb. Görüşdə Azərbaycan haqqında geniş məlumat verən nazir Elmar Məmmədyarov ölkələrimiz arasında ikitərəfli münasibətlərin bütün aspektlərini nəzərdən keçirərək əlaqələrin inkişaf etdirilməsi üçün kifayət qədər potensialın olduğunu qeyd edib. Həmçinin, Çili və Azərbaycanın beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq etməsindən və bu xüsusda, Azərbaycanın hərəkata sədrliyinin prioritetlərindən və Bakıda keçiriləcək Zirvə Toplantısından danışıb.

 

Görüş zamanı Elmar Məmmədyarov ümumilikdə Cənubi Qafqaz regionun təhlükəsizliyi üçün ciddi təhdid olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın Azərbaycana qarşı davam edən işğalı və münaqişənin həlli üzrə danışıqlar prosesinin cari vəziyyəti haqqında məlumat verərək, münaqişənin BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə uyğun olaraq Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həll edilməli olduğunu və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasının labüd olduğunu diqqətə çatdırıb.

 

Elmar Məmmədyarov Çili Deputatlar Palatasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini rəhbər tutaraq Azərbaycanın ədalətli mövqeyini, ərazi bütövlüyü və suverenliyini dəstəklədiyi üçün təşəkkürünü bildirib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Leninin Azərbaycandakı sonuncu heykəlini niyə yıxdılar? 23 Aprel 2019, 13:51 Yük göndərmə qaydaları dəyişdirilir – Milli Məclis təsdiqlədi 23 Aprel 2019, 13:37 Qənirə Paşayeva Əhməd bəy Ağaoğluna abidə qoymağa ÇAĞIRDI 23 Aprel 2019, 13:35 Şri-Lankadakı terror qurbanlarının sayı durmadan artır 23 Aprel 2019, 13:33 Rusiya Ermənistanda 18 müasir qırıcı yerləşdirəcək 23 Aprel 2019, 13:28 Prezident Mərdəkan-Qala yolunun açılışında oldu - FOTOLAR 23 Aprel 2019, 13:15 Spiker: “Nə üçün müharibəyə çağırış etməliyik?!” 23 Aprel 2019, 13:14 Daxili İşlər Nazirliyində yeni təyinat olub 23 Aprel 2019, 13:10 Aqil Abbas İsmayıl Ömərovun müdafiəsinə qalxdı 23 Aprel 2019, 13:10 Azərbaycan ilk dəfə Polşaya alüminium ixrac etdi 23 Aprel 2019, 13:08 Kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçularının pensiyası artırıl 23 Aprel 2019, 13:07 Sabah da yağış yağacaq - HAVA PROQNOZU 23 Aprel 2019, 13:06 “Salman Musayev bu məsələdə köməklik göstərəcək” -  YAP-çı Deputat 23 Aprel 2019, 13:04 Deputat azərbaycanlı jurnalistlərin Qarabağa getmək təkliflərini qınadı 23 Aprel 2019, 12:56 Qar uçqununda ölən ikinci hərbçimizin də meyiti tapıldı 23 Aprel 2019, 12:52 Onlar İTV-nin Yayım Şurasına üzv seçildilər - ADLAR 23 Aprel 2019, 12:50 Diaspor Gənclərinin II Yay düşərgəsində iştirak üçün 44 ölkədən 352 nəfər müraciət edib 23 Aprel 2019, 12:45 “Milan” türk futbolçusunu satışa çıxaracaq 23 Aprel 2019, 12:39 Azərbaycanla Avropa İttifaqı arasında saziş mayın 13-də imzalanacaq 23 Aprel 2019, 12:39 Ömür var, bir dastana sığışmaz... 23 Aprel 2019, 12:30 “Heç bir vəzifəli şəxs ərazi bütövlüyü bərpa edilmədən sülh danışıqlarına getməyib” – Vitse-spiker 23 Aprel 2019, 12:27 Deputatlar qaza qoyulan limitin qaldırılmasını təklif etdilər 23 Aprel 2019, 12:24 Tarixdə iz qoyan 11 dahinin əziyyət çəkdiyi nadir XƏSTƏLİKLƏR 23 Aprel 2019, 12:24 “Küçə itlərini müdafiə edənləri anlamıram” - Tanınmış jurnalistlər  DANIŞDILAR 23 Aprel 2019, 12:23 Ümumdünya Kitab Günündə “Nar”-dan kənd məktəbinə dəstək   23 Aprel 2019, 12:18 “BMT təxribata şərait yaradıb, saytında qondarma rejimin hesabatı yerləşdirilib” - Deputatdan ETİRAZ 23 Aprel 2019, 12:15 Pensiya artımından kənarda qalanların problemi həll edildi 23 Aprel 2019, 12:10 Qeyri-adi ləyən Ginnesin Rekordlar Kitabına düşdü - MARAQLI 23 Aprel 2019, 11:59 Formula 1- ə gələnlərin sayı mitinqdəkilərdən 30 dəfə çoxdur” – Əli Həsənov 23 Aprel 2019, 11:56 Deputatlar ianə kampaniyasına qoşulur   23 Aprel 2019, 11:43 Baş redaktora ağır itki  - Atası vəfat etdi 23 Aprel 2019, 11:42 İnternat məktəbinin direktoru Leyla Ucalı məktəbə dəvət etdi 23 Aprel 2019, 11:37 Buraxılış imtahanının nəticələri açıqlandı 23 Aprel 2019, 11:29 Quduz it dişləsə nə etməli? - MƏSLƏHƏT 23 Aprel 2019, 11:28 Lukaku “Yuventus”un transfer hədəfində 23 Aprel 2019, 11:22