Arxiv
20 mart 2019, 11:57 | AKTUAL
ADU-da “Multikultural Novruz bayramı” 

Martın 19-da Azərbaycan Dillər Universitetində (ADU) “Multikultural Novruz bayramı” tədbiri keçirilib. 

 

Modern.az xəbər verir ki, Universitetin dil və mədəniyyət mərkəzlərinin birgə təşkilatçılığı ilə həyata keçirilən tədbirdə müxtəlif ölkələrin Azərbaycanda fəaliyyət göstərən səfirləri və səfirlik nümayəndələri iştirak edib.

ADU-nun rektoru akademik Kamal Abdulla qonaqları salamlayıb, onları bayram tədbirində görməkdən məmnun olduğunu deyib:

“Bu gün Azərbaycanın milli bayramıdır. Bu bayramı biz əsrlərin uzaq nöqtələrindən bugünə qədər gətirə bilmişik. Novruz təbiətin canlanması, yazın gəlişi deməkdir. Novruz insanların əhval-ruhiyyəsinin təzələnməsi, gəncləşməsi deməkdir. Biz Novruz bayramını Azərbaycanın ən müxtəlif yerlərində – Şuşada, Laçında, Gəncədə, Naxçıvanda, Lənkəranda, Astarada, Qusarda, Xaçmazda – bütün Azərbaycan vilayətlərində, məskənlərində illər, əsrlər boyu qeyd etmişik və öz dostlarımızı da yanımızda görmüşük. Bu gün Azərbaycanın dostları onun yanındadır. Bu gün bizim universitetimizdə həqiqətən də multikultural əhval-ruhiyyə hökm sürür, müxtəlif xalqlar, mədəniyyətlər görüşür”. 

İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan Stav universitetdə multikultural tədbirin təşkil olunmasında əməyi keçən hər kəsə təşəkkürünü bildirib: “Məlum olduğu kimi Azərbaycan Dillər Universitetində bir çox mərkəzlər fəaliyyət göstərir. Bu mərkəzlərin hər biri bir mədəniyyəti əks etdirir. Bu baxımdan, bu, gözəl təşəbbüsdür. Novruz bayramı ən gözəl bayramlardan biri sayılır. Burada iştirakım mənim üçün böyük fəxrdir”.

Argentinanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sexio Peres Gunela Azərbaycanın multikultural ölkə olduğunu deyib. Diplomat qeyd edib ki,  Azərbaycan Dillər Universitetində ispan dili yüksək səviyyədə öyrənilir: “Bu, mənim Azərbaycanda səfirlik fəaliyyətimdə ilk çıxışımdır. Bundan sonra da universitetin təklif etdiyi bütün tədbirlərdə iştirak edəcəyəm. Çünki görürəm ki, ispan dili universitetdə yüksək səviyyədə təbliğ olunur. Əlbəttə, bu da bizim aramızdakı əlaqələrin inkişafında mühüm rol oynayır. Biz də bu yolla öz xalqımızı yaxşı təmsil edə bilərik”.

İndoneziyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hüsnan bəy Fənani “Multikultural Novruz bayramı” mərasiminin təşkilini yüksək qiymətləndirib. O, Azərbaycan Dillər Universitetinin ölkənin ən tanınmış universitetlərindən biri olduğunu vurğulayıb, Azərbaycanın gənc nəslinin dünyanın bütün ölkələri ilə dostluq əlaqələri qurmasının vacibliyinə diqqət çəkib.

Venesuelanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kristofer Martinez tədbirdə müxtəlif xalqların uğurla təmsil olunduğunu bildirib. Səfir əlavə edib ki, dil vasitəsilə biz özümüzü ifadə edir, dünyada əlaqələr qururuq: “Aydın görünür ki, tələbələr təmsil etdikləri dili çox yüksək səviyyədə nümayiş etdirirlər. Mənim üçün Azərbaycanda Novruz bayramını qeyd etmək böyük şərəfdir. Biz burada mədəniyyətləri bölüşürük. Mədəniyyət və dil bizi qardaş ölkələr olaraq birləşdirir”.

Kubanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Alfredo Fidel Nieves Novruzu mədəniyyətləri bir-birinə bağlayan bayram kim dəyərləndirib.

ABŞ səfirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mişel Peterson, Yaponiyanın ölkəmizdəki səfirinin müavini, Mədəniyyət və təhsil işləri üzrə şöbə müdiri Usui Takaaki, Fransanın ölkəmizdəki səfirliyinin baş məsləhətçisi Dominik Janti, Meksika səfirinin müavini Alberta Aura Qonzales, Norveçin ölkəmizdəki müvəqqəti işlər vəkili Olav Nils Thue, İspaniyanın müvəqqəti işlər vəkili İgnacio Sanchez Taboad, Çin Xalq Respublikası səfirliyinin əməkdaşı Van Cuenqan, Kosta Rikanın müvəqqəti işlər vəkili Xairo Lopez Bolanos Azərbaycanın zəngin mədəniyyətə sahib olmaqla multikulturalizmə böyük töhfələr verdiyini bildiriblər. Qonaqlar müxtəlif ölkələrin adət-ənənələrinin nümayiş olunduğu tədbirin təşkilinə görə Azərbaycan Dillər Universitetinin rəhbərliyinə təşəkkürlərini bildirib, bayram münasibətilə hər kəsə sülh, firavanlıq və xoşbəxtlik arzu ediblər.

Tədbirdə universitetin tələbələri müxtəlif ölkələrə məxsus milli rəqsləri uğurla ifa edib, mahnılar oxuyublar.

Təntənəli mərasimin sonunda qonaqlar Novruz süfrəsinin təamlarını dadıblar.  

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda məktəbdən 7500 manatlıq oğurluq edildi 23 Aprel 2019, 14:19 Standartlaşdırma ilə bağlı qanun layihəsi ikinci oxunuşdan keçdi 23 Aprel 2019, 14:00 Leninin Azərbaycandakı sonuncu heykəlini niyə yıxdılar? 23 Aprel 2019, 13:51 Yük göndərmə qaydaları dəyişdirilir – Milli Məclis təsdiqlədi 23 Aprel 2019, 13:37 Qənirə Paşayeva Əhməd bəy Ağaoğluna abidə qoymağa ÇAĞIRDI 23 Aprel 2019, 13:35 Şri-Lankadakı terror qurbanlarının sayı durmadan artır 23 Aprel 2019, 13:33 Rusiya Ermənistanda 18 müasir qırıcı yerləşdirəcək 23 Aprel 2019, 13:28 Prezident Mərdəkan-Qala yolunun açılışında oldu - FOTOLAR 23 Aprel 2019, 13:15 Spiker: “Nə üçün müharibəyə çağırış etməliyik?!” 23 Aprel 2019, 13:14 Daxili İşlər Nazirliyində yeni təyinat olub 23 Aprel 2019, 13:10 Aqil Abbas İsmayıl Ömərovun müdafiəsinə qalxdı 23 Aprel 2019, 13:10 Azərbaycan ilk dəfə Polşaya alüminium ixrac etdi 23 Aprel 2019, 13:08 Kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçularının pensiyası artırıl 23 Aprel 2019, 13:07 Sabah da yağış yağacaq - HAVA PROQNOZU 23 Aprel 2019, 13:06 “Salman Musayev bu məsələdə köməklik göstərəcək” -  YAP-çı Deputat 23 Aprel 2019, 13:04 Deputat azərbaycanlı jurnalistlərin Qarabağa getmək təkliflərini qınadı 23 Aprel 2019, 12:56 Qar uçqununda ölən ikinci hərbçimizin də meyiti tapıldı 23 Aprel 2019, 12:52 Onlar İTV-nin Yayım Şurasına üzv seçildilər - ADLAR 23 Aprel 2019, 12:50 Diaspor Gənclərinin II Yay düşərgəsində iştirak üçün 44 ölkədən 352 nəfər müraciət edib 23 Aprel 2019, 12:45 “Milan” türk futbolçusunu satışa çıxaracaq 23 Aprel 2019, 12:39 Azərbaycanla Avropa İttifaqı arasında saziş mayın 13-də imzalanacaq 23 Aprel 2019, 12:39 Ömür var, bir dastana sığışmaz... 23 Aprel 2019, 12:30 “Heç bir vəzifəli şəxs ərazi bütövlüyü bərpa edilmədən sülh danışıqlarına getməyib” – Vitse-spiker 23 Aprel 2019, 12:27 Deputatlar qaza qoyulan limitin qaldırılmasını təklif etdilər 23 Aprel 2019, 12:24 Tarixdə iz qoyan 11 dahinin əziyyət çəkdiyi nadir XƏSTƏLİKLƏR 23 Aprel 2019, 12:24 “Küçə itlərini müdafiə edənləri anlamıram” - Tanınmış jurnalistlər  DANIŞDILAR 23 Aprel 2019, 12:23 Ümumdünya Kitab Günündə “Nar”-dan kənd məktəbinə dəstək   23 Aprel 2019, 12:18 “BMT təxribata şərait yaradıb, saytında qondarma rejimin hesabatı yerləşdirilib” - Deputatdan ETİRAZ 23 Aprel 2019, 12:15 Pensiya artımından kənarda qalanların problemi həll edildi 23 Aprel 2019, 12:10 Qeyri-adi ləyən Ginnesin Rekordlar Kitabına düşdü - MARAQLI 23 Aprel 2019, 11:59 Formula 1- ə gələnlərin sayı mitinqdəkilərdən 30 dəfə çoxdur” – Əli Həsənov 23 Aprel 2019, 11:56 Deputatlar ianə kampaniyasına qoşulur   23 Aprel 2019, 11:43 Baş redaktora ağır itki  - Atası vəfat etdi 23 Aprel 2019, 11:42 İnternat məktəbinin direktoru Leyla Ucalı məktəbə dəvət etdi 23 Aprel 2019, 11:37 Buraxılış imtahanının nəticələri açıqlandı 23 Aprel 2019, 11:29