Modern.az

Türkiyənin Sultan Novruzu

Türkiyənin “Sultan Novruzu”

20 Mart 2019, 12:17

Türkiyədə Novruz bayramı qeyd edilir. İstanbulda bayram ab-havası hiss edilməsə belə, Novruz buranın da qədim bayamlarındandır. Əslində 10-15 il öncəsinə qədər İstanbul, Ankara, İzmir kimi böyük şəhərlərdə də Novruz şənlikləru keçirilirmiş. Amma sonralar bu bayramdan istifadə edərək PKK terror örgütü olaylar çıxarmağa başlayıb. Təntənəli Novruz şənliklərinin sonu qanla bitib. Bundan sonra sanki insanlar Novruza küsüb. Böyük şəhərlərdə Novruz bayramı demək olar ki, unudulub.  Amma bu ölkədə də ənənəni qoruyub saxlayan şəhərlər, hətta qeyd edilməsə belə, bilinən adətlər var.

Folklor müəllimi Hakan Tunç Modern.az-a deyib ki, əslində Novruz Türkiyənin fərqli bölgələrində dəyişik və maraqlı qeyd olunur.

“Məsələn, Qarsda qapı dinləmə, baca-baca adəti hələ də davam edir. Tuncelidə isə kişilər alınlarına qara his sürtər və bulaq başına gedib orda alınlarını yuyaraq, dilək tutarlar. Ağrıda ən bilinən Novruz əyləncəsi qapı dinləməkdir. Ədirnədə kohnə həsirlər yandırılaraq "mart içəri, pirə dışarı" deyilər. Qaziantəpdə bayrama "Sultan Novruz" adı verilir. Bu bölgənin insanlarının inancına görə, Sultan Novruz gözəl bir qızdır. Martın 21-ni 22-nə baglayan gecə cənubdan şimala köç edər. Bir başqa inanca görə isə, Sultan Novruz quş cildinə girmiş  uçan bir dərvişdir. Onun keçid etdiyi zaman oyanıb dilək tutanın arzusu yerinə yetər.  

Türkiyədə Novruz 1995-ci ildə bayram olaraq qəbul edilib. Türk təqvimində bir gün  12 bölümə ayrılır, hər bölümə cağ adı verilir. Yeni il olaraq gecə-gündüzün birləşdiyi 21 mart Novruz olaraq qeyd edilir. Bu günə və yeni ilin başlandığı ana Yılgayak deyilir. Amma uzun illərdir ki, terror örgütü bu bayram əhvalını yox edib. Təəssüf ki, yeni nəsil  cadılar bayramını Novruzdan daha yaxşı bilir. Amma yavaş-yavaş yox edilın adətləri geri getirmək, xarici bayramlarn milli bayramları sıradan çıxarmasına izn verməmək lazımdır".
 

Qeyd edim, bu il İstanbul və Diyarbakırda qadağan edilən Novruz şənliklərinin keçirilməsinə yenidən icazə verilib. Amma proqramlardan da bəlli olur ki, bu şənliklır bayram əhval-ruhiyyəsindən çox siyasi mitinq məqsədi daşıyacaq. İstanbula Novruz martın 24-ə Bakırköy ərazisində qeyd ediləcək. Diyarbakırda isə martın 21-də şənliklər olacaq. Amma bu dəfə də kürdlərin müxalifət partiyası HDP "Mutlaka kazanacağız, təcridi kuracağız" adlı şüar altında bayramı qeyd edəcək və bu şənlikdə siyası mesajlar veriləcək.


Məhsəti Şərif,
Ankara

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...