Modern.az

Səhiyyə Nazirliyi rayon xəsətəxanalarını yoxlayacaq

Səhiyyə Nazirliyi rayon xəsətəxanalarını yoxlayacaq

16 Dekabr 2009, 12:20

Bakı şəhərində yerləşən 47 tibb müəssisəsində işçilərinin işə qəbulu vəziyyətini araşdıran Səhiyyə Nazirliyinin yoxlama komissiyası bir sıra ciddi nöqsanlar aşkarlayıb. Modern.az-ın bir neçə gün öncə xəbər verdiyi kimi, nöqsanlara yol verən səhiyyə müəssisələrinin baş həkimlərinə töhmət élan olunub, xəbərdarlıq edilib. Səhiyyə Nazirliyindən saytımıza verilən məlumata görə, tezliklə respublikanın digər şəhər və rayonlarındakı tibb müəssisələrində də tibb işçilərinin nazirliyin müəyyən etdiyi qaydalara uyğun işə qəbulu vəziyyəti yoxlanılacaq. Səhiyyə naziri Oqtay Şirəliyevin bununla bağlı nazirliyin Kadrlar, elm və təhsil, Tibbi yardımın təşkili şöbələrinə müvafiq tapşırıqlar verdiyi bildirilir.

Xatırladaq ki, Səhiyyə nazirinin 1 dekabr 2005-ci il tarixli 143 saylı əmrinə əsasən  kadrların seçilərək yerləşdirilməsi zamanı şəffaflığın təmin edilməsi üçün tibb müəssisələrində işçilərin işə qəbulu və işdən azad olunması üzrə komissiyalar olmalıdır. İşə qəbul barədə Səhiyyə Nazirliyinin qəzetində elan verilməli, sonra müsabiqə əsasında işəgötürülmə həyata keçirilməlidir.

Eyni zamanda natamam ştat vahidi üzrə işə qəbula yol verilməməlidir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?