Modern.az

İlham Əliyev Nursultan Nazarbayevə zəng etdi

İlham Əliyev Nursultan Nazarbayevə zəng etdi

20 Mart 2019, 15:36

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 20-də Qazaxıstan xalqının lideri, Təhlükəsizlik Şurasının sədri Nursultan Nazarbayevə telefonla zəng edib.

 

Prezidentin Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, İlham Əliyev Nursultan Nazarbayevin prezidentlik fəaliyyəti dövründə Qazaxıstanın inkişafı, firavanlığı və əmin-amanlığının təmin olunması istiqamətində yorulmaz səylər göstərdiyini vurğulayıb, onun xalqımızın ümummilli lideri Heydər Əliyevlə dostluq münasibətlərinin ölkələrimiz arasında ikitərəfli əlaqələrin əsasını qoyduğunu qeyd edib. Prezident İlham Əliyev Nursultan Nazarbayevə gələcək fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb.

Nursultan Nazarbayev göstərilən diqqətə və xoş sözlərə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Prezident İlham Əliyev və Nursultan Nazarbayev Azərbaycan ilə Qazaxıstan arasında dostluq münasibətlərinin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə əminliklərini ifadə ediblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...