Modern.az

Vergilər Nazirliyinin “Veysəloğlu”nu cərimələdiyi təsdiqləndi  

Vergilər Nazirliyinin “Veysəloğlu”nu cərimələdiyi təsdiqləndi    

20 Mart 2019, 23:38

Vergilər Nazirliyinin “Veysəloğlu” şirkətini cərimələməsi xəbəri təsdiqlənib. Modern.az xəbər verir ki, şirkətin mətbuat xidmətinin bununla bağlı yaydığı məlumatda bildirilir ki, ötən ilin sonunda “Veysəloğlu” Şirkətlər Qrupuna daxil olan bütün şirkətlərdə aksiz nişanı ilə markalanması məcburi olan məhsulların, işçilərin əmək müqavilələrinin və nağd pulun idarə edilməsinin yoxlanılması üzrə operativ vergi yoxlamaları həyata keçirilib.

“Veysəloğlu”nun məlumatında deyilir:

“Yoxlama aparılan istiqamətlər üzrə şirkətimizin fəaliyyətində kənarlaşmalar aşkar edilməmişdir.
Belə ki, şirkətimizin bütün əməkdaşlarının əmək müqavilələri, şirkətlərimizə məxsus anbarlarda bütün məhsulların miqdarına, həmçinin aksiz nişanı ilə markalanması məcburi olan məhsulların və nağd pul dövriyyəsinə aid bütün uçot sənədləri qaydasında olmuşdur. Yoxlama zamanı vergi əməkdaşları tərəfindən yaranmış olan bütün sorğu və suallar zamanında cavablandırılaraq müvafiq sənədlər təqdim olunmuşdur.
Hətta yoxlama zamanı və yoxlamadan sonrakı dövrdə vergi əməkdaşları da bizim vergi uçotuna dair işlərimizin qanunvericiliyə uyğun yüksək səviyyədə təşkil olunması barəsində dəfələrlə müsbət fikirlər səsləndirmiş və yoxlama apardıqları digər şirkətlərə bizi yaxşı nümunə olaraq göstərmişlər. Bunun əsas səbəbi isə cənab
nazirin 2018-ci ili şəffaflığa doğru keçid ili kimi elan etməsi çağırışına məsuliyyətlə yanaşaraq bu istiqamətdə ciddi işlər görməyimiz olmuşdur.
Lakin 2019-cu ilin əvvəlində şirkətimizə qeyd olunduğu kimi cərimə yazılmışdır. Şirkətimiz bu cəriməni əsassız sayaraq qəbul etməmiş və məhz bu səbəbdən dərhal Vergilər Nazirliyinə şikayət məktubu ilə müraciət etmişdir. Bu zaman qeyd olunan cərimənin əsassız olduğunu sübut edən bütün vergi uçot sənədlərini də aidiyyəti üzrə təqdim etmişik. Hazırda etirazımız Vergilər Nazirliyi tərəfindən araşdırılmaqdadır. Ümid edirik ki, yaxın günlərdə Vergilər Nazirliyi bizim haqlı olduğumuzu təsdiq edəcək və ədalətli qərar verəcəkdir


Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər