Modern.az

Kral əyləncəyə 23 milyard dollar ayırdı

Kral əyləncəyə 23 milyard dollar ayırdı

Dünya

20 Mart 2019, 23:46

Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud paytaxt Ər-Riyadda dörd idman-əyləncə layihəsinə 23 milyard dollar ayırıb.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, layihələr park, idman və incəsənət obyektlərinin tikintisini nəzərdə tutur. Kral Salman bin Əbdüləziz Al Səud bu sərəncamı ilə vəliəhd şahzadə Məhəmməd bin Salmanın təşəbbüslərini dəstəkləyib.

 

Layihələrin arasında ən böyüyü 7,5 milyon ağacın əkiləcəyi və geniş abadlıq işlərinin aparılacağı "Yaşıl Ər-Riyad” proqramıdır. Bu tədbirlər paytaxtın yaşıl sahəsini 1,5 faiz artırmağa və 2030-cu ilədək 541 kvadrat kilometrə çatdırmağa imkan verəcək.

 

Digər mühüm layihə isə şəhərin mərkəzində böyük "Sports Boulevard” sağlamlıq-istirahət mərkəzidir. Burada 135 kilometr uzunluğunda velotrek, müxtəlif idman növləri üzrə obyektlər tikiləcək. Mərkəz paytaxt əhalisinin bütün təbəqələri üçün nəzərdə tutulub.

 

Daha bir layihə "Riyadh Art” incəsənət mərkəzidir. Burada dünyanın ən böyük "divarsız açıq hava qalereyası”, konsert salonları tikiləcək.

 

Bütün obyektlərin tikinti işləri cari ilin ikinci yarısında başlayacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır