Modern.az

Samuxda ər arvadını bıçaqladı

Samuxda ər arvadını bıçaqladı

21 Mart 2019, 00:11

Samuxda qadın bıçaqlanıb.

Modern.az yerli mediaya istinadən xəbər verir ki, rayonun Qarayeri kənd sakini, 1964-ci il təvəllüdlü D. Məhərrəmova qarın nahiyəsinin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

 

Dərhal əməliyyat olunan qadının vəziyyəti kafi qiymətləndirilir. İlkin məlumatlara görə, onu həyat yoldaşı bıçaqlayıb.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi