Modern.az

Göyçayda faciə - gənc bədbəxt hadisənin qurbanı oldu  

Göyçayda faciə - gənc bədbəxt hadisənin qurbanı oldu   

21 Mart 2019, 01:24

Göyçay rayonunun mərkəzində bayram günü faciəvi hadisə baş verib.

Modern.az xəbər verir ki, Göyçay sakinlərinin sosial şəbəkələdə yaydığı məlumata görə, hadisə bayram günü - martın 20-də rayon mərkəzindəki Nərimanov küçəsində yaşanıb.

Rayon sakini, 1996-cı il təvəllüdlü Kərimov Akif Asif oğlu piyada səkisində hərəkət edərkən “Oskar” marketin qarşısındakı irigövdəli çinar ağacının qurumuş budaqlarından biri qəflətən qoparaq onun başına düşüb.

O, ağır kəllə-beyin travması alaraq huşunu itirib. Çoxlu qan itirən Akif Kərimov yaxınlıqdakı insanların köməyi ilə təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına göndərilib, lakin yolda dünyasını dəyişib.



Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır