Arxiv
21 mart 2019, 14:22 | MEDİA
Qəzetləri məğlub edən saytlar sosial şəbəkələrlə mübarizə apara biləcəkmi?

Bir zamanlar qəzetlər əsas informasiya mənbələrindən biri olsa da indi qəzetləri oxuyan sayı çox azdır. Azərbaycanda qəzetlərə dövlət dəstəyi verilsə də bu da yetərli olmadı. Qəzetlərə marağın azalmasının əsas səbəblərin biri saytların meydana çıxmasıdır. Saytların operativliyi, qəzetlərin isə fərqlənmək üçün hərhansı bir addım atmaması bu böhranın daha da genişlınməsinə səbəb oldu. Hazırda isə media aləmində başqa bir böhran müşahidə edilir. Bu isə, son zamanların trendi olan sosial şəbəkələrin xəbər mənbəyi olaraq önə çıxmasıdır. Sosial şəbəkərin populyar olması isə saytları marağı azaldır desək, yanılmarıq. Bəs görəsən sosial şəbəkələr nə zamansa güvənilən xəbər qaynağı olacaqmı? Saylar bu böhrandan çıxmaq üçün nə etməlidir?

 

Məsələ ilə bağlı Modern.az-a danışan Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov deyib ki, sosial şəbəkələrin media strukturlarını sıradan çıxaracağını düşünmür.

“Hər şeydən əvvəl ona görə ki, media orqanı yaydığı xəbərə görə konkret məsuliyyət daşıyan bir orqandır. Onun peşəkarlıq kodeksi var. Sosial şəbəkə isə Həsənsoxdu dəyirmanıdır, burada hər kəs heç bir məsuliyyət hiss etmədən istədiyini paylaşır və atın izi itin izinə qarışır. Yəni xəbər əldə etmək üçün münasib platforma deyil. İkincisi, sosial şəbəkədə medianın ancaq 1-2 yüngül janrı yaşaya bilər. Ciddi janrlar - məsələn, publisistika, araşdırma və s. üçün sosial şəbəkə uyğun mühit sayıla bilməz. Üçüncüsü, sosial şəbəkədə kütlənin diktaturası var, hər şeyi o həll edir, peşəkar media isə heç vaxt xəbər siyasətini kütlənin kefinə uyğun qurmamalıdır. Başqa səbəblər də saya bilərəm, amma məncə bu üçün yetərlidir. Sosial şəbəkə sadəcə, bir paylaşım platforması kimi yaxşıdır”.

 

“Türküstan” qəzetinin baş redaktoru Aqil Camal deyib ki, internet medianın qəzetləri arxa planda qoymasının başlıca səbəbi operativlik, xəbərin daha keyfiyyətli, elektron formada təqdimatı, həmçinin, pulsuz başa gəlməsidir.

“Bu baxımdan, xüsusi alışqanlığı olmayan oxucu birmənalı şəkildə internetə, saytlara üz tutur. Amma sosial şəbəkələrin saytları tezliklə sıradan çıxaracağı inandlırıcı görünmür. Birincisi ona görə ki, saytlar oberativlikdə sosial şəbəkədən geri qalmır. Və bir çox hallarda sosial şəbəkə saytlardan asılı vəziyyədə olur. Məsələn, ölkə prezidentinin sonuncu əfv fərmanı ilə bağlı gözləntilər olanda, hamı prezidentin rəsmi saytını, həmçinin digər saytları gözləyirdi. İkincisi, saytda, xəbər portalında ciddiyyət, ictimai və peşə məsuliyyəti var, amma sosial şəbəkələrdə bu yoxdur. Sosial şəbəkədə ictimai məsuliyyətin olmaması hətta bəzi insanların bu şəbəkələrdən getməsinə səbəb olur. Tanıdıqlarımızın timsalında belə nümunələr var. Mənə elə gəlir ki, bir dövr sonra saytlarla sosial şəbəkələr arasında bir durulma, aydınlaşma olacaq. Hər biri öz təyinatına uyğunlaşacaq”.

 

“Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, bu zamanın diqtəsidir.

“Media sektoru bir neçə dəfə böhrandan keçib. İnternet yarananda qəzetlər bir böhran dövrü yaşadılar və öz saytlarını yaradaraq böhrandan çıxdılar. Uzun müddət saytlar fəaliyyət göstərdi, amma sosial media yarananda o artıq bir mənbəyə çevrildi. Sosial media həm informasiya mənbəyi oldu, həm də bir yayım vasitəsinə çevrildi. Bu yayım vasitəsi mənbə olduğuna görə saytlara ehtiyac qalmadı. Bununla da saytlar özlərinin resurslarını, xəbərini sosial şəbəkələrə inteqrasiya eləməyə başladılar. İndi baxsaq görərik ki, əksəriyyət bir başa saytın adresini yazaraq daxil olmur, xəbərləri sosial şəbəkələrdən oxumağa üstünlük verirlər. Mən hesab edirəm ki, gedişat sosial medianın xeyrinə dəyişəcək. Yəni düşünürəm ki, onun informasiya mənbəyi olması xüsusiyyəti, həm də yayım xüsusiyyəti güclənəcək. Getdikcə hər şey daha çox sosial mediada cəmləşəcək. Yəni ola bilsin, sosial medianın hansısa bir səhifəsi redaksiya rolunu oynacaq. Məsələn, youtubenin hansısa bir kanalı televiziya rolunu oynayacaq. Yəni bir cəmləşmə gedəcək. Bunların hamısı bir mobil avadanlıqda birləşəcək. Kim bu xüsusiyyətlərlə işləyə biləcəksə fəaliyyətə davam edəcək, bacarmayanlar isə bazarı tərk edəcəklər. Tendensiya sosial media və mobil texnologiyanın üzərində cəmləşəcək”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakı-Sumqayıt qatarının hərəkət qrafiki dəyişdirilir 19 Aprel 2019, 16:21 Ağac kəsənə 2960 manat cərimə   19 Aprel 2019, 16:19 Hansı deputatlar Milli Məclisin iclaslarına gəlmirlər... 19 Aprel 2019, 16:16 İki universitet Hesablama Palatasının ittihamlarına cavab verdi 19 Aprel 2019, 16:10 Nazirin qəbul vaxtı dəyişdirildi 19 Aprel 2019, 16:08 Universitetlərdə Keyfiyyət Təminatı Mərkəzləri yaradıla bilər 19 Aprel 2019, 15:54 Azərbaycanda hər il yeni quşlar AŞKARLANIR 19 Aprel 2019, 15:50 Maksim 400-cü oyununa övladları ilə çıxdı - FOTO 19 Aprel 2019, 15:46 İTV-nin aparıcısının bacısından sonra qardaşı da öldü - Ailə faciəsi 19 Aprel 2019, 15:39 Formula 1-i 90 jurnalist izləyəcək 19 Aprel 2019, 15:38 İcra başçısı problemləri dinlədi 19 Aprel 2019, 15:36 Ermənistanın Qarabağ iştahı artır - Arazboyu ərazilər məskunlaşdırılır 19 Aprel 2019, 15:32 ReAl partiyası parlament seçkilərinə hazırlığa başladı: “İki siyahı üzərində çalışırıq” - ŞƏRTLƏR 19 Aprel 2019, 15:17 Bakı Ali Neft Məktəbində tələbə konfransları başa çatdı 19 Aprel 2019, 15:12 Goranboyda yeni yol… 19 Aprel 2019, 15:11 “Napoli – Arsenal” matçında maraqlı hadisə baş verib 19 Aprel 2019, 15:10 İngilislərin Avrokuboklarda hegomonluğu davam edir 19 Aprel 2019, 15:08 17 yaşlı azərbaycanlı tələbə 56 min dollar təqaüd alacaq? - Atası DANIŞDI 19 Aprel 2019, 15:07 İcra başçısı “açıq mikrofon”da 19 Aprel 2019, 14:50 1 ayda dövlət dəstəyi ilə 506 kənd təsərrüfatı texnikası satılıb   19 Aprel 2019, 14:44 Keçmiş REAL-çı İqbal Ağazadəni və İlqar Məmmədovu “topa tutdu” 19 Aprel 2019, 14:35 Ali məktəbi bitirirlər, müəllim ola bilmirlər – PROBLEM 19 Aprel 2019, 14:24 “Nar” korporativ müştərilərinə ödənişsiz MiFi cihazını təqdim edir 19 Aprel 2019, 14:09 İmamoğlu CHP-dən ayrılacaq? – CHP-li deputatdan açıqlama  19 Aprel 2019, 14:06 Dənizdən qadın meyiti tapıldı 19 Aprel 2019, 13:59 Kinomuzun bugününə baxış - Bu da FAKTLAR 19 Aprel 2019, 13:53 Koçaryan Avropa liderlərini köməyinə çağırdı 19 Aprel 2019, 13:34 Qaz və işıq limiti ləğv oluna bilər - Nazirliyin İşçi Qrupu məsələyə baxacaq 19 Aprel 2019, 13:34 DİM 9-cu sinifdən kolleclərə qəbulun şərtlərini ELAN ETDİ 19 Aprel 2019, 13:23 Azərbaycan-Gürcüstan enerji sistemi - işçi qrupun iclası oldu   19 Aprel 2019, 13:22