Modern.az

Kamçatkada Azərbaycan diasporu Novruz bayramı keçirdi

Kamçatkada Azərbaycan diasporu Novruz bayramı keçirdi

21 Mart 2019, 18:05

Rusiyanı Petropavlovski-Kamçatkdakı  Azərbaycan diasporu Novruz bayramı  münasibəti ilə böyük tədbir keçirib.

 

Bu bərədə Modern.az-a Rusiyanın Kamçatkda şəhərində fəaliyyət göstərən azərbaycanlıların diaspor  təşkilatının rəhbəri  Zahid Bəşirov məlumat verib.

Tədbirdə 17 xalqın nümayəndəsi təmsil olunub. Bu tədbirin digər tədbirlərdən fərqi ondan ibarətdir ki, burada yalnız azərbaycanlılar yox, digər millətlərin nümayədələri də iştirak edib. Onların hər biri bayram bərədə məlumatlandırılır, Azərbaycanın milli adət-ənənəsi onlara təqdim olunub.

Tanınmış müğənnilər də tədbirdə olublar. Eyni zamanda şəhər icra hakimiyyətinin birinci müavini, Kamçatka quberniyasının nümayəndəsi, Rusiya Federasiyası Müstəqil Dövlətlər Birliyinin, Xaricdə Yaşayan Həmvətənlərin İşləri və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Federal Agentlinin (Rossotrudniçestvo) nümayəndəsi iştirak edib.

Zahid Bəşirov bildirib ki, Kamçatkada azərbaycanlılardan başqa belə böyük tədbir keçirən ikinci millət yoxdur.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...