Modern.az

Dillər Universitetində yapon mətbəxi günü

Dillər Universitetində yapon mətbəxi günü

Mədəni̇yyət

17 Dekabr 2011, 13:27

Dekabrın 17-də Azərbaycan Dillər Universitetində Yaponyada təhsil alan və JİCA təşkilatının təşkil etdiyi təlimlərdə iştirak edən tələbələrin təşkilatçılığı ilə “Yapon mətbəx”i günü qeyd edildi. Tədbirdə ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova, Yaponiyanın Azərbaycandakı səfiri Şusuke Vatanabe, səfirin xanımı və ADU-nun tələbələri  iştirak edirdi. Tədbirin keçirilməsində əsas məqsəd Yaponiya və Azərbaycan arasında olan mədəni, iqtisadi və dostluq münasibətlərini daha da möhkəmləndirməkdir. Eyni zamanda Yaponiya mətbəxini azərbaycanlı tələbələrə tanıtmaqdır.

Tədbirə yarışma şəklində təşkil olunmuşdu. Komandalar Yaponiya yeməkləri hazırladılar. Qalib komanda səsvermə ilə müəyyən olundu. Ən çox səs toplayan komanda isə Yaponiya Azərbaycan Məzunlar Assosasiyası tərəfindən təltif olundu.

Qeyd edək ki Yaponiya Azərbaycan məzunlar assosasiyası 2003-cü ildən fəaliyyət göstərir və 300-dən çox üzvü var.

 



Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır