Modern.az

NATO-nun baş katibi Gürcüstana gəlir

NATO-nun baş katibi Gürcüstana gəlir

21 Mart 2019, 23:24

NATO-nun baş katibi Yens Stoltenberq martın 25-də Gürcüstana səfər edəcək.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, bunu Gürcüstanın baş naziri Mamuka Bəxtadze deyib.

"Bu səfər bir daha bariz şəkildə təsdiq edir ki, Gürcüstan və NATO münasibətləri əvvəllər heç vaxt belə yüksək səviyyədə olmayıb", - deyə baş nazir vurğulayıb.

Səfərin məqsədi Gürcüstan hökuməti və liderləri ilə tərəfdaşlıq barədə müzakirə aparmaqdır. Baş katib həmçinin NATO təlimlərinə də baş çəkəcək.

Gürcüstanın NATO-ya üzv qəbul olunmasına gəlincə, Y.Stoltenberq bundan əvvəl qeyd etmişdi ki, bu məsələ ilə bağlı həm Gürcüstan, həm də Alyans qərar verməlidir: “Bu prosesə kiminsə müdaxilə etmək hüququ yoxdur. Biz Rusiya kimi böyük ölkələrin öz maraqlarını qurmağına heç zaman yol verməyəcəyik. Onların bu məsələlərlə bağlı qərar qəbul etmək hüquqları olmayacaq”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır