Modern.az

Azərbaycan Xorvatiya ilə oyunda uduzdu - YENİLƏNİB

Azərbaycan Xorvatiya ilə oyunda uduzdu - YENİLƏNİB

22 Mart 2019, 01:53

Azərbaycan Xorvatiya oyununda daha bir qol vuruldu.

Modern.az xəbər verir ki, Xorvatiya komandasının 9 nömrəli oyunçusu Andrej Kramaric qarşılaşmanın 79-cu dəqiqəsində komandasını hesabda irəli çıxarıb. Bu oyunda vurulan son qol olub. Qarşılaşma Xorvatiya yığmasının 2:1 hesablı üstünlüyü ilə yekunlaşıb.



***
Azərbaycan Xorvatiya oyununda daha bir qol vuruldu. Modern.az xəbər verir ki, oyunun 44-cü dəqiqəsində meydan sahibləri künc zərbəsindən bərabərlik qolunu vurub. Bu dəfə Borna Barişiç fərqlənib: 1:1

 

***

 

Azərbaycan Xorvatiya oyununda hesab açıldı. Modern.az xəbər verir ki, oyunun 19-cu dəqiqəsində Azərbaycan millisinin 11 nömrəli oyunçusu Ramil Şeydayev baxımlı qola imza atıb: 0:1

 

***

 

Futbol üzrə Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ilk oyununa çıxıb. Modern.az xəbər verir ki, millimiz səfərdə Xorvatiya yığması ilə qarşılaşır. Zaqreb şəhərindəki “Maksimir” stadionunda keçirilən oyunu Bolqarıstandan olan hakimlər briqadası idarə edir. Matçın baş hakimi Georgi Kabakovdur.

Bu görüş yığmamızın baş məşqçisi Nikola Yurçeviç üçün əlamətdardır. Belə ki, xorvatiyalı mütəxəssis öz ölkəsində millimizin baş məşqçisi kimi debüt edir.

İndiyədək Azərbaycan və Xorvatiya milli komandaları iki dəfə üz-üzə gəliblər. Avropa çempionatının seçmə mərhələsi çərçivəsində 2014-cü il oktyabrın 13-də millimizin səfərdə keçirdiyi oyun Xorvatiya millisinin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bir il sonra sentyabrın 3-də Bakıda oynanılan matçda isə hesab açılmayıb.

“Avro 2020”nin seçmə mərhələsində Azərbaycan millisi Xorvatiya, Uels, Slovakiya və Macarıstanla birgə “E” qrupunda yer alıb. Qrupun digər oyununda Slovakiya öz meydanında Macarıstan yığması ilə qarşılaşır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi