Modern.az

Goranboyda dəhşətli qəza – 2 nəfər yanaraq öldü

Goranboyda dəhşətli qəza – 2 nəfər yanaraq öldü

22 Mart 2019, 10:07

Goranboyda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Borsunlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Hərəkətdə olan minik avtomobilinin idarəetmədən çıxaraq arxadan “Mercedes” markalı yük avtomobilinə çırpılması nəticəsində yanğın baş verib.

 

Hadisə zamanı minik avtomobilində olan iki nəfər yanaraq ölüb.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...