Modern.az

Deputat Novruz Aslanov doğum gününü qeyd edir  

Deputat Novruz Aslanov doğum gününü qeyd edir   

22 Mart 2019, 10:16

Bu gün Milli Məclisin deputatı, Azərbaycan Qızıl Aypara Cəmiyyətininin Prezidenti Novruz Aslanovun doğum günüdür.

Modern.az-ın məlumatına görə, Novruz Aslanov 1963-cü il martın 22-də Bakı şəhərində yazıçı-dramaturq Davud Aslanın ailəsində anadan olub..

1980-ci ildə Bakı şəhərindəki 201 saylı orta məktəbi bitirib.

1980-ci ildə Azərbaycan Politexnik İnstitutunun “Avtomatika və elektron hesablama texnikası” fakultəsinə daxil olub, 1985-ci ildə oranı bitirib.

1985-1990-cı illərdə Elektron Hesablama Maşınları zavodunda mühəndis, şöbə müdiri, direktor müavini vəsifələrində çalışıb.

1990-1999-cu illərdə “Azərağackağız” Səmdar Cəmiyyətində idarə rəisinin müavini, idarə rəisi, prezidenti vəzifələrində işləyib. 1999-cu ildən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidentidir.

2005, 2010 və 2015-ci illər  (III, IV və V çağırış ) Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır.

Bitərəfdir.

Beynəlxalq Eko-Energetika Akademiyasının fəlsəfə doktorudur.

10 ədəbi, elmi-kütləvi kitabın müəllifidir. Belə ki, daha çox oxucu auditoriyasına malik olan “Humanitar diplomatiya”, “Mərhəmətin ünvanı”, “Mənim düşüncələrim”, “Qızıl Aypara dünən, bügün, sabah” bu və ya digər, “Xeyir və Şər”, “Azərbaycan Qızıl Aypara Cəmiyyəti zamanın axarında”, “Bir daha insan haqqında”, “İnsan və onun möcüzəli dünyası”, “Əbədi həyat və möcüzəli varlıq” kimi kitabların müəllifidir.

2007-ci ildə Parlament Jurnalistləri İctimai Birliyi tərəfindən təsis olunmuş “Seçici hüquqlarını müdafiə edən ən fəal millət vəkili ” adına layiq görülüb.

Amerika Bioqrafiya İnstitutu tərəfindən tibb sahəsində göstərdiyi xidmətlərə görə 2008-ci “İlin adamı” elan edilib və 2010-cu ildə nümunəvi nailiyyətlər əldə etdiyinə görə “İlin adamı” medalı ilə təltif olunub.

Novruz Aslanov “Yusif Məmmdəliyev” adına medalla, “Vətənə xidmətə görə”, 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Ailəlidir, 4 övladı var.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır