Modern.az

Taleh Bağırovun həyat yoldaşı həbsxanaya telefon keçirməyə cəhd edib

Taleh Bağırovun həyat yoldaşı həbsxanaya telefon keçirməyə cəhd edib

22 Mart 2019, 12:13

Həbsdə olan “Müsəlman Birliyi” təşkilatının  sədri Taleh Bağırovun həyat yoldaşı Leyla İsmayılzadə telefon keçirməyə cəhd edib.

 

Bu haqda Modern.az-a Penitensiar Xidmətdən Taleh Bağırovun həyat yoldaşının saxlanılması xəbərlərinə münasibət bildirilərkən qeyd edilib.

 

Məlumatda bildirilib ki, hazırda Penitensiar Xidmətin həbsxanasında cəza çəkən məhkum Taleh Kamil oğlu Bağırovun yanına üç azyaşlı övladları ilə birgə qısamüddətli görüşə gəlmiş həyat yoldaşı Bakı şəhər sakini Leyla Miryaqub qızı İsmayılzadə tərəfindən gətirilən sovqata və əşyalarına baxış keçirilib. Baxış zamanı uşaq çantasının içində oyuncaqların arasından 1 ədəd “Samsung” markalı mobil telefon və bir ədəd danışıq kartı aşkar edilib.

 

Xatırladaq ki, T.Bağırov və digərləri 2015-ci il noyabrın 26-da Nardaran hadisələrinə görə həbs olunub və 18 il müddətinə azadlıqdan məhrum edilib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...