Modern.az

Axtarışda olan şəxs saxlanıldı

Axtarışda olan şəxs saxlanıldı

22 Mart 2019, 16:01

Balakəndə axtarışda olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 (Oğurluq- qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 177.2.3-cü (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddələri ilə axtarışda olan Balakən rayonunun Tülü kənd sakini 40 yaşlı Etibar Bayramov saxlanılaraq istintaqa təhvil verilib

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi