Arxiv
22 mart 2019, 15:00 | DİASPOR
Niderlandda nanotexnologiya şirkət yaradan azərbaycanlı

Ağıllı, işgüzar gəncləri görəndə adamın könlü açılır. Sevinirsən ki, gələcəyimiz etibarlı əllərdədir. Bu gün sizə həmin gənclərdən biri - Bəhruz Məmmədov haqqında söhbət açmaq istəyirəm. Bəhruz bəy 1987-ci ildə Bakıda dünyaya gəlib. 2004-cü ildə 153 saylı orta məktəbi bitirərək Gəncə Dövlət Universitetinə qəbul olunub. 2008-ci ildə həmin universitetdə kimyaçı ixtisasına yiyələnib. Sonra bir il əsgəri xidmət keçib. 2009-2012-ci illərdə Gədəbəydə "Azərbaycan Beynəlxalq Mədən Əməliyyatları Şirkəti"ndə çalışıb. Orada kimyaçı laborantdan aparıcı mühəndis vəzifəsinədək yüksələ bilib...

2012-ci ildə Niderland Krallığında Tvente Universitetinin magistratura pilləsinə daxil olub və 2014-cü ildə oranı nano materialları üzrə mühəndis ixtisası ilə başa vurub. Universiteti bitirdikdən sonra elmi rəhbəri ilə birlikdə "High-tech Eurekite" şirkətini yaradıblar. Hazırda həmin şirkətin maliyyə şöbəsini idarə edir. Şirkət ABŞ-ın "Cottonwood" investr fondunun maliyyə dəstəyi ilə fəaliyyət göstərir və nano liflər əsasında seramik materiallar hazırlayır. Bu materiallar heç bir kimyəvi reaksiyaya məruz qalmır və yüksək temperatura davamlıdırlar. Sənaye qazlarının filterasiyasında, eləcə də lithium əsaslı batareyaların istehsalında istifadə olunur…

…İl yarımdır ki, ailə qurub. Ömür-gün yoldaşı Aytac Ağakişiyeva ixtisasca memardır. İnteryer dizayner kimi çalışır…

Azərbaycanın Niderland Krallığındakı səfirliyinin milli və rəsmi bayramlarımızda təşkil etdiyi bütün tədbirlərin fəal iştirakçısıdır. Niderland universitetlərində təhsil alan azərbaycanlı tələbələrlə tez-tez görüşlər keçirir, onları evinə dəvət edir, problemlərinə diqqət ayırır. Bundan əlavə, mart ayının əvvəlində Azərbaycanda olarkən UNEC-də startap təlimi də keçib...

Deyir ki, həyatda uğur qazanmaq üçün dahi olmaq lazım deyil, məqsədin olmalıdır: “Nə istədiyini bilmədinsə, istəmədiyin yerlərə gedib çıxacaqsan. Kim iddialıdırsa buyurub Avropaya gələ bilər. Yox əgər sakit yaşamaq eşqi ilə gələcəksə, vətəndə qalsa yaxşıdır"…

Təcrübə və kapital toplamaq üçün Amerikaya köçüb, orada nano texnologiyaları üzrə şirkət yaratmaq istəyir. ABŞ-ın ən nüfuzlu universitetlərindən birində biznesin idarə olunması üzrə magistr (MBA) dərəcəsinə yiyələnməyi planlaşdırır. İnsan psixalogiyası və bizneslə bağlı kitabları oxumaqdan yorulmur. İdmanı çox sevir, artıq bir necə idir ki, cüdoyla məşğul olur. 
“Niyə doktoranturaya qəbul olmaq istəmirsiz"- deyə soruşanda cavabı belə oldu: "Mən elm adamı olmaqdan ötrü deyil, elmdən kapital əldə etmək üçün çalışıram"…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakı-Sumqayıt qatarının hərəkət qrafiki dəyişdirilir 19 Aprel 2019, 16:21 Ağac kəsənə 2960 manat cərimə   19 Aprel 2019, 16:19 Hansı deputatlar Milli Məclisin iclaslarına gəlmirlər... 19 Aprel 2019, 16:16 İki universitet Hesablama Palatasının ittihamlarına cavab verdi 19 Aprel 2019, 16:10 Nazirin qəbul vaxtı dəyişdirildi 19 Aprel 2019, 16:08 Universitetlərdə Keyfiyyət Təminatı Mərkəzləri yaradıla bilər 19 Aprel 2019, 15:54 Azərbaycanda hər il yeni quşlar AŞKARLANIR 19 Aprel 2019, 15:50 Maksim 400-cü oyununa övladları ilə çıxdı - FOTO 19 Aprel 2019, 15:46 İTV-nin aparıcısının bacısından sonra qardaşı da öldü - Ailə faciəsi 19 Aprel 2019, 15:39 Formula 1-i 90 jurnalist izləyəcək 19 Aprel 2019, 15:38 İcra başçısı problemləri dinlədi 19 Aprel 2019, 15:36 Ermənistanın Qarabağ iştahı artır - Arazboyu ərazilər məskunlaşdırılır 19 Aprel 2019, 15:32 ReAl partiyası parlament seçkilərinə hazırlığa başladı: “İki siyahı üzərində çalışırıq” - ŞƏRTLƏR 19 Aprel 2019, 15:17 Bakı Ali Neft Məktəbində tələbə konfransları başa çatdı 19 Aprel 2019, 15:12 Goranboyda yeni yol… 19 Aprel 2019, 15:11 “Napoli – Arsenal” matçında maraqlı hadisə baş verib 19 Aprel 2019, 15:10 İngilislərin Avrokuboklarda hegomonluğu davam edir 19 Aprel 2019, 15:08 17 yaşlı azərbaycanlı tələbə 56 min dollar təqaüd alacaq? - Atası DANIŞDI 19 Aprel 2019, 15:07 İcra başçısı “açıq mikrofon”da 19 Aprel 2019, 14:50 1 ayda dövlət dəstəyi ilə 506 kənd təsərrüfatı texnikası satılıb   19 Aprel 2019, 14:44 Keçmiş REAL-çı İqbal Ağazadəni və İlqar Məmmədovu “topa tutdu” 19 Aprel 2019, 14:35 Ali məktəbi bitirirlər, müəllim ola bilmirlər – PROBLEM 19 Aprel 2019, 14:24 “Nar” korporativ müştərilərinə ödənişsiz MiFi cihazını təqdim edir 19 Aprel 2019, 14:09 İmamoğlu CHP-dən ayrılacaq? – CHP-li deputatdan açıqlama  19 Aprel 2019, 14:06 Dənizdən qadın meyiti tapıldı 19 Aprel 2019, 13:59 Kinomuzun bugününə baxış - Bu da FAKTLAR 19 Aprel 2019, 13:53 Koçaryan Avropa liderlərini köməyinə çağırdı 19 Aprel 2019, 13:34 Qaz və işıq limiti ləğv oluna bilər - Nazirliyin İşçi Qrupu məsələyə baxacaq 19 Aprel 2019, 13:34 DİM 9-cu sinifdən kolleclərə qəbulun şərtlərini ELAN ETDİ 19 Aprel 2019, 13:23 Azərbaycan-Gürcüstan enerji sistemi - işçi qrupun iclası oldu   19 Aprel 2019, 13:22