Modern.az

Fransada etirazçılar güllələnə bilər

Fransada etirazçılar güllələnə bilər

Dünya

22 Mart 2019, 22:01

Fransada təhlükəsizlik qüvvələrinin “sarı jiletlilər”ə atəş açmasına icazə verilib.

Modern.az  xəbər verir ki, bunu fransalı general Bruno Leray bildirib.

Bruno Leray qeyd edib ki, sözügedən icazənin təhlükəsizlik qüvvələrinin özlərinin və başqalarının həyatını qorumaq üçün verildiyini söyləyib: “Əgər öz həyatları, ya da qoruduqları insanların həyatları təhlükəyə girərsə, atəş aça bilərlər”.

Leray ordunun həftəsonu Parisdə “sarı jiletlilər”in növbəti aksiyasında sabitliyi qorumaq məqsədilə 5 min nəfərlik polis qüvvəsinə dəstək olacağını bildirib.

Qeyd edək ki, “sarı jiletlilər”in ötən həftə Parisdə keçirdikləri aksiya zamanı 192 nəfər saxlanılıb, 17-si polis olmaqla, 42 nəfər yaralanıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!