Arxiv
22 mart 2019, 23:57 | AKTUAL
Zaqatalada canavarlar 40-dan çox  heyvanı parçaladı

Zaqatalada canavarlar fermaya hücum edib. Modern.az ONA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qandax kəndində qeydə alınıb. Canavarlar kənd sakini Rəcəb Məmmədova məxsus 40-dan çox xırdabuynuzlu heyvanı parçalayıb.

 

R.Məmmədov bildirib ki, hücuma məruza qalan heyvanlardan 12 tələf olub, qalanları isə yaralıdır.

 

Qeyd edək ki, canavarlar hücum edən fermada bir-neçə kənd sakininə məxsus 300 baş xırdabuynuzlu heyvan olub.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv