Modern.az

İsrail hərbçiləri ilə fələstinlilər arasında qarşıdurma: 2 nəfər öldü

İsrail hərbçiləri ilə fələstinlilər arasında qarşıdurma: 2 nəfər öldü

23 Mart 2019, 00:12

İsrail hərbçiləri ilə fələstinlilər arasında toqquşma olub.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, qarşıdurma zamanı 2 nəfər ölüb, onlarla insan yaralanıb.

Məlumatına görə, Qəza zolağında cümə namazından sonra yüzlərlə insan “Qayıdış yürüşü”-nə çıxaraq İsrail ilə sərhədə doğru hərəkət edib.

İsrail hərbçiləri sərhəd zolağını keçən ərəblərə atəş açıb.

Nəticədə 2 fələstinli ölüb, 30-a yaxın insan yaralanıb və gözyaşardıcı qazdan zəhərlənib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər