Modern.az

Quran niyə hər yerdə ərəbcə oxunur...  

Quran niyə hər yerdə ərəbcə oxunur...   

Aktual

23 Mart 2019, 09:44

Firuz Mustafa

Bəzən deyirlər ki, Quran niyə hər yerdə ərəbcə oxunur...

Quranın hər bir xalqın mənsub olduğu dildə səslənməsi zaman-zaman gündəmə gəlib. Təsəvvür edin ki, bir dini mərasimdə yaxud məclisdə (və ya müxtəlif mərasim və məclislərdə) müsəlman dininə etiqad edən bir neçə adam iştirak edir. Və bu məslisdə mömin şəxslərdən hər biri Quranı öz ana dilində oxuyur. Və beləliklə, məsələn, Quranın məlum mətni özbəkcə, farsca, qazaxca, azərbaycanca, çeçencə, tatarca, nigeriyaca, tatarca, indoneziyaca... və s. dillərdə səslənir. Bunu kim “anlayacaq”? Heç kim. Amma ərəbcədə onu hamı "anlayır". Yəni oxuyanlar ərəbcə heç olmasa mətni əzbər bilirlər. Ərəb dili bu mənada Quranın "doğma" dilidir, “birləşdirici” dildir. Bu baxımdan Quran başqa dillərə tərcümə olunsa da, heç bir dildə orijinalda olduğu kimi səslənmir... Görünür, onun gücü, əzəməti həm də meydana gəldiyi dilin ritmində, stixiyasınnda, səslənməsindədir.

P.S. Bu dinə kimin inanıb inanmamağı, etiqad edib etməməyi isə başqa bir söhbətin mövzusudur. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir