Arxiv
23 mart 2019, 12:24 | AKTUAL
Səfir: “Pakistandan Azərbaycana gələn turistlərin sayı artıb”

Pakistan İslam Respublikasının Milli Günü münasibətilə Pakistanın Azərbaycandakı səfirliyində bayraqqaldırma mərasimi keçirilib.

 

Modern.az xəbər verir ki, tədbirdə Milli Məclisin deputatı Qənirə Paşayeva da iştirak edib. Çıxış edən Pakistan səfiri Səid Xan Mohmand Pakistanın qurulmasının tarixindən, eləcə də Pakistan-Azərbaycan əlaqələrindən danışıb.

 

Səfir bildirib ki, Azərbaycan və Pakistan bir çox sahələrdə əməkdaşlıq edir. “Əlaqələrimiz hər gün daha da inkişaf edir. Pakistan və Azərbaycan qardaş dövlətlərdir. Pakistan Azərbaycana dəstək verdiyi Azərbaycanda hər zaman Pakistana dəstək verir. İki ölkə arasında ticarət və turizm sahəsində ikitərəfli münasibətlər, eləcə də ölkə liderləri səviyyəsində əlaqələr çox yaxşıdır. Müşahidələr göstərir ki, Pakistandan Azərbaycana gələn turistlərin sayında da artım olur".

 

Jurnalistlərə açıqlama verən deputat Qənirə Paşayeva deyib ki, Pakistan Azərbaycan üçün qardaş ölkədir. "Pakistan hər zaman Azərbaycanın yanındadır. Biz dəfələrlə Pakistan-Azərbaycan dostluq qrupunun üzvləri olaraq Pakistanda olmuşuq. Pakistandakı bütün görüşlərdə eyni mesaj verilib.

 

Bu mesaj müdafiə nazirimiz Zakir Həsənovun Pakistana səfərində bir daha səsləndi ki, Pakistan torpaqların işğaldan azad olunması məsələsində hər zaman Azərbaycanın yanındadır. Pakistan Ermənistanı bir dövlət olaraq tanımır, heç bir diplomatik münasibətlər qurmur və bütün beynəlxalq platformalarda birmənalı olaraq Azərbaycanın yanındadır. Ədalətin müdafiəsi, qardaşlıq, dostluq elə bunu ehtiva edir.

 

Önəmli günlərdə, hadisələrdə hər zaman Azərbaycan dövləti qardaş Pakistanın yanında olub. Ümummilli liderimiz Heydər Əliyevin dövründən başlayaraq indiyəqədər də bu siyasət davam etdirilir. Pakistan Xocalı soyqırımını tanıyıb, bununla bağlı sənədlər qəbul edib, Ermənistanla heç bir əlaqə qurmur".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Standartlaşdırma ilə bağlı qanun layihəsi ikinci oxunuşdan keçdi 23 Aprel 2019, 14:00 Leninin Azərbaycandakı sonuncu heykəlini niyə yıxdılar? 23 Aprel 2019, 13:51 Yük göndərmə qaydaları dəyişdirilir – Milli Məclis təsdiqlədi 23 Aprel 2019, 13:37 Qənirə Paşayeva Əhməd bəy Ağaoğluna abidə qoymağa ÇAĞIRDI 23 Aprel 2019, 13:35 Şri-Lankadakı terror qurbanlarının sayı durmadan artır 23 Aprel 2019, 13:33 Rusiya Ermənistanda 18 müasir qırıcı yerləşdirəcək 23 Aprel 2019, 13:28 Prezident Mərdəkan-Qala yolunun açılışında oldu - FOTOLAR 23 Aprel 2019, 13:15 Spiker: “Nə üçün müharibəyə çağırış etməliyik?!” 23 Aprel 2019, 13:14 Daxili İşlər Nazirliyində yeni təyinat olub 23 Aprel 2019, 13:10 Aqil Abbas İsmayıl Ömərovun müdafiəsinə qalxdı 23 Aprel 2019, 13:10 Azərbaycan ilk dəfə Polşaya alüminium ixrac etdi 23 Aprel 2019, 13:08 Kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçularının pensiyası artırıl 23 Aprel 2019, 13:07 Sabah da yağış yağacaq - HAVA PROQNOZU 23 Aprel 2019, 13:06 “Salman Musayev bu məsələdə köməklik göstərəcək” -  YAP-çı Deputat 23 Aprel 2019, 13:04 Deputat azərbaycanlı jurnalistlərin Qarabağa getmək təkliflərini qınadı 23 Aprel 2019, 12:56 Qar uçqununda ölən ikinci hərbçimizin də meyiti tapıldı 23 Aprel 2019, 12:52 Onlar İTV-nin Yayım Şurasına üzv seçildilər - ADLAR 23 Aprel 2019, 12:50 Diaspor Gənclərinin II Yay düşərgəsində iştirak üçün 44 ölkədən 352 nəfər müraciət edib 23 Aprel 2019, 12:45 “Milan” türk futbolçusunu satışa çıxaracaq 23 Aprel 2019, 12:39 Azərbaycanla Avropa İttifaqı arasında saziş mayın 13-də imzalanacaq 23 Aprel 2019, 12:39 Ömür var, bir dastana sığışmaz... 23 Aprel 2019, 12:30 “Heç bir vəzifəli şəxs ərazi bütövlüyü bərpa edilmədən sülh danışıqlarına getməyib” – Vitse-spiker 23 Aprel 2019, 12:27 Deputatlar qaza qoyulan limitin qaldırılmasını təklif etdilər 23 Aprel 2019, 12:24 Tarixdə iz qoyan 11 dahinin əziyyət çəkdiyi nadir XƏSTƏLİKLƏR 23 Aprel 2019, 12:24 “Küçə itlərini müdafiə edənləri anlamıram” - Tanınmış jurnalistlər  DANIŞDILAR 23 Aprel 2019, 12:23 Ümumdünya Kitab Günündə “Nar”-dan kənd məktəbinə dəstək   23 Aprel 2019, 12:18 “BMT təxribata şərait yaradıb, saytında qondarma rejimin hesabatı yerləşdirilib” - Deputatdan ETİRAZ 23 Aprel 2019, 12:15 Pensiya artımından kənarda qalanların problemi həll edildi 23 Aprel 2019, 12:10 Qeyri-adi ləyən Ginnesin Rekordlar Kitabına düşdü - MARAQLI 23 Aprel 2019, 11:59 Formula 1- ə gələnlərin sayı mitinqdəkilərdən 30 dəfə çoxdur” – Əli Həsənov 23 Aprel 2019, 11:56 Deputatlar ianə kampaniyasına qoşulur   23 Aprel 2019, 11:43 Baş redaktora ağır itki  - Atası vəfat etdi 23 Aprel 2019, 11:42 İnternat məktəbinin direktoru Leyla Ucalı məktəbə dəvət etdi 23 Aprel 2019, 11:37 Buraxılış imtahanının nəticələri açıqlandı 23 Aprel 2019, 11:29 Quduz it dişləsə nə etməli? - MƏSLƏHƏT 23 Aprel 2019, 11:28