Arxiv
23 mart 2019, 17:48 | AKTUAL
Məhkəmə qətldə təqsirləndirilən qadının cəzasını azaldıb

Sumqayıt Apellyasiya Məhkəməsində adam öldürməkdə təqsirləndirilən sevgililərin - Eşqin Rəsulov və Ramella Əlmuradovanın barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Modern.az-ın "Report"a istinadən məlumatına görə, hakim Hüseyn Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, R.Əlmuradovanın apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib.

 

Belə ki, R.Əlmuradovanın 17 il müddətinə azadlıqdan məhrumetmə cəzası 16 ilə endirilib.

 

Qeyd edək ki, qətl 2017-ci ilin noyabrında Quba rayonu Alpan kəndində baş verib. E.Rəsulov uşaqlıq dostu Anar Balayevi qeyri-rəsmi yaşadığı R.Əlmuradovanın evinə çağırıb. Onlar birlikdə spirtli içki qəbul ediblər. Daha sonra dostlar qumar oynamağa başlayıblar. Qumar zamanı A.Balayev E.Rəsulovu təhqir edib. Bu zaman E.Rəsulov A.Balayevi yerə yıxaraq yumruq-təpik zərbələri vurmağa başlayıb.

 

Ciddi müqavimət görən E.Rəsulov R.Əlmuradovadan dostunun əl-qolunu bağlamaq üçün ip istəyib. Qadın da ipi gətirərək A.Balayevin əl-qolunu bağlayıb. O, köməksiz vəziyyətdə qalan A.Balayevi yumruq-təpik zərbələri vuraraq qətlə yetirib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Rəsulov 18 il, R.Əlmuradova isə 17 il müddətinə azadlıqdan məhrum olunublar. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Leninin Azərbaycandakı sonuncu heykəlini niyə yıxdılar? 23 Aprel 2019, 13:51 Yük göndərmə qaydaları dəyişdirilir – Milli Məclis təsdiqlədi 23 Aprel 2019, 13:37 Qənirə Paşayeva Əhməd bəy Ağaoğluna abidə qoymağa ÇAĞIRDI 23 Aprel 2019, 13:35 Şri-Lankadakı terror qurbanlarının sayı durmadan artır 23 Aprel 2019, 13:33 Rusiya Ermənistanda 18 müasir qırıcı yerləşdirəcək 23 Aprel 2019, 13:28 Prezident Mərdəkan-Qala yolunun açılışında oldu - FOTOLAR 23 Aprel 2019, 13:15 Spiker: “Nə üçün müharibəyə çağırış etməliyik?!” 23 Aprel 2019, 13:14 Daxili İşlər Nazirliyində yeni təyinat olub 23 Aprel 2019, 13:10 Aqil Abbas İsmayıl Ömərovun müdafiəsinə qalxdı 23 Aprel 2019, 13:10 Azərbaycan ilk dəfə Polşaya alüminium ixrac etdi 23 Aprel 2019, 13:08 Kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçularının pensiyası artırıl 23 Aprel 2019, 13:07 Sabah da yağış yağacaq - HAVA PROQNOZU 23 Aprel 2019, 13:06 “Salman Musayev bu məsələdə köməklik göstərəcək” -  YAP-çı Deputat 23 Aprel 2019, 13:04 Deputat azərbaycanlı jurnalistlərin Qarabağa getmək təkliflərini qınadı 23 Aprel 2019, 12:56 Qar uçqununda ölən ikinci hərbçimizin də meyiti tapıldı 23 Aprel 2019, 12:52 Onlar İTV-nin Yayım Şurasına üzv seçildilər - ADLAR 23 Aprel 2019, 12:50 Diaspor Gənclərinin II Yay düşərgəsində iştirak üçün 44 ölkədən 352 nəfər müraciət edib 23 Aprel 2019, 12:45 “Milan” türk futbolçusunu satışa çıxaracaq 23 Aprel 2019, 12:39 Azərbaycanla Avropa İttifaqı arasında saziş mayın 13-də imzalanacaq 23 Aprel 2019, 12:39 Ömür var, bir dastana sığışmaz... 23 Aprel 2019, 12:30 “Heç bir vəzifəli şəxs ərazi bütövlüyü bərpa edilmədən sülh danışıqlarına getməyib” – Vitse-spiker 23 Aprel 2019, 12:27 Deputatlar qaza qoyulan limitin qaldırılmasını təklif etdilər 23 Aprel 2019, 12:24 Tarixdə iz qoyan 11 dahinin əziyyət çəkdiyi nadir XƏSTƏLİKLƏR 23 Aprel 2019, 12:24 “Küçə itlərini müdafiə edənləri anlamıram” - Tanınmış jurnalistlər  DANIŞDILAR 23 Aprel 2019, 12:23 Ümumdünya Kitab Günündə “Nar”-dan kənd məktəbinə dəstək   23 Aprel 2019, 12:18 “BMT təxribata şərait yaradıb, saytında qondarma rejimin hesabatı yerləşdirilib” - Deputatdan ETİRAZ 23 Aprel 2019, 12:15 Pensiya artımından kənarda qalanların problemi həll edildi 23 Aprel 2019, 12:10 Qeyri-adi ləyən Ginnesin Rekordlar Kitabına düşdü - MARAQLI 23 Aprel 2019, 11:59 Formula 1- ə gələnlərin sayı mitinqdəkilərdən 30 dəfə çoxdur” – Əli Həsənov 23 Aprel 2019, 11:56 Deputatlar ianə kampaniyasına qoşulur   23 Aprel 2019, 11:43 Baş redaktora ağır itki  - Atası vəfat etdi 23 Aprel 2019, 11:42 İnternat məktəbinin direktoru Leyla Ucalı məktəbə dəvət etdi 23 Aprel 2019, 11:37 Buraxılış imtahanının nəticələri açıqlandı 23 Aprel 2019, 11:29 Quduz it dişləsə nə etməli? - MƏSLƏHƏT 23 Aprel 2019, 11:28 Lukaku “Yuventus”un transfer hədəfində 23 Aprel 2019, 11:22