Arxiv
24 mart 2019, 14:36 | AKTUAL
Nazarbayev yenidən prezident ola bilər

Nursultan Nazarbayevin istefası taktiki xarakter daşıyır və siyasi manevrdən başqa bir şey deyil.

Bunu virtualaz.org-un əməkdaşı ilə söhbətində bütün postsovet məkanı üçün səs-küylü hadisəni şərh edərkən qazaxıstanlı politoloq Maksim Kaznaçeyev deyib. O xatırladıb ki, Qazaxıstanın eks-prezidenti respublikanın Təhlükəsizlik Şurasının sədri və “Nur Otan” iqtidar partiyasının lideri vəzifələrini öz əlində saxlayıb.

 

“Əslində, istefa növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə əlaqədardır. Konstitusiyaya görə, seçkilər ən uzağı iki ay ərzində keçirilməlidir. Artıq keçmiş prezident olan Nazarbayev, yəqin ki, seçkilərdə iştirak edəcək. Parlamentin spikeri Kasım-Jomart Tokayev isə, sadəcə olaraq, seçkilərin nəticələri məlum olana qədər prezidentin vəzifələrini icra edəcək. Beləliklə, hələlik söhbət vəzifələrin transferindən deyil, Nazarbayevin növbəti seçkilərindən gedir”, - ekspert hesab edir.

 

M.Kaznaçeyev qeyd edir ki, Qazaxıstan prezidenti mütəmadi olaraq – seçkilər mexanizmi vasitəsilə öz legitimliyini təsdiq edir. Son 15 il ərzində heç bir prezident seçki kampaniyası konstitusiya ilə nəzərdə tutulmuş müddətlərdə baş tutmayıb. Növbəti seçkilər 2020-ci ildə keçirilməli idi və qərara alınıb ki, seçkilər bir il tez təşkil olunsun. Bu cür təcrübə Qazaxıstan üçün normadır.

 

“Tezliklə ictimai fikir liderlərinin bir qrupu yenidən Nazarbayevdən xahiş edəcəklər ki, öz namizədliyini irəli sürsün. O, bu təklifi qəbul edəcək və şübhəsiz ki, növbədənkənar prezident seçkilərini qazanacaq. Növbədənkənar seçkilər artıq üçüncü dəfədir ki, keçirilir, lakin istefa qərarı ilk dəfə verilirdi.

 

 

Dövlət başçısının səlahiyyətləri hazırda senatın sədri Kasım-Jomart Tokayevə keçib, lakin Nursultan Nazarbayevin hakimiyyəti itirmək qorxusu yoxdur, çünki ölkədə ciddi müxalifət yox dərəcəsindədir”, - politoloq vurğulayıb.

 

Qazaxıstan kosntitusiyasına əsasən, növbədənkənar seçkilər bu ilin may ayında keçirilməlidir. Bu cür qısa müddətdə müxalifətdən və elitadaxili qruplardan kiminsə seçkilərə yaxşı hazırlaşması, ekspertin fikrincə, çox çətindir. Bu isə o deməkdir ki, faktiki olaraq, ötən seçkilərdə olduğu kimi, Nazarbayevin rəqibi rolunu hakimiyyətin “təyin etdiyi” statist namizədlər oynayacaq.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Miqrasiya Xidmətinin rəisi yenidən CANLI YAYIMDA 18 Aprel 2019, 20:13 Bakıda yeniyetməyə qarşı quldurluq 18 Aprel 2019, 20:02 Fuad Qəhrəmanlının qızına küçədə hücum edən şəxsə 15 sutka həbs verilib 18 Aprel 2019, 19:43 Paytaxtın bu rayonlarında qaz olmayacaq 18 Aprel 2019, 19:38 Almaniyadan ekstradisiya olunan şəxs Lənkəranda məhkəmə qarşısında 18 Aprel 2019, 19:23 Elektron kənd təsərrüfatı sistemində qeydiyyatdan keçənlərin sayı açıqlandı 18 Aprel 2019, 19:15 Hüseyn Abdullayevin məhkəməsində zərərçəkmişlər ifadə veriblər 18 Aprel 2019, 19:06 Balıq tutmağa yollanmış 57 yaşlı Bakı sakini itkin düşdü 18 Aprel 2019, 18:54 Bakcell Azərbaycan Qran Prisinin ilk rəsmi dəstəkçisi oldu 18 Aprel 2019, 18:32 Makron Roma papasını Fransaya dəvət etdi 18 Aprel 2019, 18:28 Nazirlik ağac kəsintisi ilə bağlı faktı yenidən araşdırdı 18 Aprel 2019, 18:15 “İrəli”nin“Aprel Zəfəri”nə həsr etdiyi layihə davam edir   18 Aprel 2019, 18:02 Ronaldu “Yuventus”dan erkən  gedə  bilər 18 Aprel 2019, 18:00 Azercell-in yeni layihəsi ilə nömrələrin sim-paketə bağlılığı aradan qaldırılıb 18 Aprel 2019, 17:51 400 kq istifadəyə yararsız heyvan cəmdəyi aşkarlandı 18 Aprel 2019, 17:42 Konstitusiya Məhkəməsi sədrinin və hakimlərinin maaşı artırılıb 18 Aprel 2019, 17:37 Manatın məzənnəsi dəyişir? 18 Aprel 2019, 17:33 Deputat seçiciləri ilə görüşdü 18 Aprel 2019, 17:32 Prezident  deputatı “Şöhrət” ordeni ilə təltif etdi   18 Aprel 2019, 17:25 Çörəyə tətbiq olunan vergi güzəştinin müddəti uzadıldı 18 Aprel 2019, 17:21