Arxiv
24 mart 2019, 15:38 | AKTUAL
Ermənistanda analar oğullarını Qarabağa göndərmək istəmirlər - ETİRAZ

Ermənistanın Meğri rayonundakı hərbi hissədə baş verən bir insident ictimaiyyətin diqqətini cəlb edib.

 

“Yerevan Today” saytının məlumatına görə, martın 17-də yüzə yaxın əsgər zabitlərin özbaşınalığına etiraz əlaməti olaraq, xidmət etdikləri hərbi hissəni tərk etmək istəyib.

Alay komandiri onları birtəhər yolda saxlayaraq, xidmətə geri qaytarmağa nail ola bilib.

Lakin həmin axşam hadisə zamanı xüsusi fəallıq göstərən 20 hərbi qulluqçu avtobusla öncə Qafanın hərbi polisinə, oradan isə Xankəndinə göndərilib. Bu zaman əsgərlərin hərbi formaları zorla əyinlərindən çıxarılıb və telefonları əllərindən alınıb.

 

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, bununla əlaqədar hərbi qulluqçuların anaları İrəvanda hökumət evinin qarşısında etiraz aksiyası keçiriblər.

Onların sözlərinə görə, bütün hadisə Qasparyan adlı zabitin ucbatından baş verib. Belə ki, gördüyü əziyyətdən təngə gələn əsgərlərdən biri ona yaxınlaşıb və başqa bölməyə keçirilməsini istəyib. Zabit isə cavabında ona əl qaldırıb. Münaqişənin də buradan doğduğu iddia edilir.

Ermənistan Müdafiə Nazirliyinin sözcüsü Artsrun Ovannisyan isə kiçik qiyama görə həm əsgərlərin, həm də zabitlərin cəzalandırılacağını bildirib.

 

O, “bir neçə intizamsız əsgərin 90-cı illərin qayda-qanunlarını tətbiq edərək ayrı qidalanmaq, xüsusi yerlərdə yatmaq kimi özləri üçün xüsusi imtyazlar əldə etmək istədiklərini, üstəlik, başqalarını da qiyama təhrik etdiklərini” söyləyib.

Ermənistanın “Həqiqət uğrunda jurnalistlər” hüquq təşkilatının rəhbəri Janna Aleksanyan isə zabitlərin əsgərlərlə təhqiramiz davranması ucbatından bu tip insidentlərin baş verdiyini deyib və Artsrun Ovannisyanı bütün günahı əsgərlərin üzərinə yıxmasına görə sərt tənqid edib.

 

“Helsinki vətəndaş assambleyası” təşkilatının sədri Artur Sakunts isə məsələ ilə əlaqədar komissiyanın yaradılmalı olduğunu bildirib. O, hər hadisəyə görə əsgərlərin Qarabağa sürgün olunmasını doğru saymadığını, bütün bunların ordudakı mənfi gerçəklikləri gizlətmək üçün həyata keçirildiyini vurğulayıb.  /Milli.Az/

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Niyə Prezident bütün xırda məsələlərə müdaxilə etməlidi… 20 Aprel 2019, 21:07 Lotu Qulinin adamı sahibkarı güllələdi 20 Aprel 2019, 20:58 95 yaşlı Şirməmməd Hüseynovdan 90 yaşlı Çingiz Hüseynova maraqlı TƏBRİK 20 Aprel 2019, 20:51 Qəbələdə ağır qəza: 1 ölü, 3 yaralı 20 Aprel 2019, 20:44 Parisdə 126 etirazçı saxlanıldı 20 Aprel 2019, 20:31 Biləcərinin bu küçəsində hərəkət məhdudlaşdırılır 20 Aprel 2019, 20:17 Türkiyə ordusu 20 terrorçunu zərərsizləşdirdi 20 Aprel 2019, 20:02 Ərzurum Atatürk Universitetinin professorları ADAU-da 20 Aprel 2019, 17:58 Belarus Rusiya neftinin keyfiyyətindən narazıdır 20 Aprel 2019, 17:52 Alman eksperti: Sarkisyan hakimiyyəti aprel müharibəsinə görə itirdi 20 Aprel 2019, 17:37 Binəqədidə qadın meyiti tapılıb 20 Aprel 2019, 17:20 Gəncə sakini dəm qazından zəhərləndi 20 Aprel 2019, 17:01 Seçenov Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib 20 Aprel 2019, 16:53 Yasin Sabancı Universitetinin tam bursunu qazanmayıb, sadəcə...   20 Aprel 2019, 16:38 “Bakıda Soyqırımı muzeyi yaradılsın!” - Deputat ÇAĞIRIŞ ETDİ 20 Aprel 2019, 16:31 Kadırovdan Zelenskinin üzr istəməsinə reaksiya 20 Aprel 2019, 16:21 Azərbaycan kinosunun “qaynanası” 103 yaşında - FOTOLAR 20 Aprel 2019, 16:04 Şabranda 2576 it, 24019 iribuynuzlu heyvan… 20 Aprel 2019, 15:49 Keçmiş prezidentin intihar məktubu yayıldı 20 Aprel 2019, 15:43 Zakir Həsənov Türkiyə tərəfinə başsağlığı verib 20 Aprel 2019, 15:24 Ərdoğan Binəli Yıldırıma yeni vəzifə verəcək – AÇIQLAMA 20 Aprel 2019, 15:01 “Ayaks”ın büdcəsinə milyonlar axır 20 Aprel 2019, 14:50 Gənc futbolçumuz "Seltik"in transfer hədəfində 20 Aprel 2019, 14:49 Qaramalın piroplazmoz xəstəliyindən necə qorunmalı? 20 Aprel 2019, 14:47 Sabaha olan HAVA PROQNOZU 20 Aprel 2019, 14:45 Ölkə ərazidində müşahidə olunan faktiki hava şəraiti açıqlanıb 20 Aprel 2019, 14:31 ABŞ səfiri XİN rəhbərlərinin mümkün görüşününü alqışlayır 20 Aprel 2019, 14:22 Ruh da cövlan edərmiş 20 Aprel 2019, 14:19 Gözlər yoldan yığılarmı... - XV YAZI 20 Aprel 2019, 14:15 “Zəif Ukrayna rəhbərliyi Azərbaycan üçün əlverişli deyil” – Deputatların seçki GÖZLƏNTİSİ 20 Aprel 2019, 13:59